vaxtlı-vaxtında oxuyun! Şənbə, 15 fevral 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
SAHİBKARLIQ  
13:52 | 2 iyun 2018 | Şənbə Məqaləyə 4132 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Konqres mərkəzi olmalıydı...

Üçrəngli, səkkizgüşəli mirvarinin təyinatı dəyişdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu il Bakıda Dənizkənarı Milli Parkda “Caspian Waterfront” iri əyləncə mərkəzi açılacaq. CLAD arxitektura jurnalı xəbər verir ki, bununla bağlı “Chapman Taylor” dizayn şirkətinin direktoru, mərkəzin layihə rəhbəri Tim Karran məlumat verib.

Əvvəlcə “Caspian Waterfront” böyük konqres mərkəzi olmalı idi, ancaq sonradan onun təyinatı dəyişdirilib. “Chapman Taylor”un planlarına görə, mərkəz Bakının simvollarından birinə çevriləcək.Onun sözlərinə görə, mərkəz 120 min kvadrat metr ərazini əhatə edəcək və ailəvi olacaq. Təklif edilən əyləncə və xidmətlər rəngarəng olacaq, mərkəzdə bütün yaşdan olan insanlar üçün xoş atmosfer yaradılacaq.

Şirkət dizaynı yaradan zaman Azərbaycan bayrağında və gerbdəki səkkizguşəli ulduzdan ilhamlanıb.