“Mafiyanın əli ilə onu ordudan uzaqlaşdırdılar”
Keçmiş döyüşçü Cəbrayılın işğalından danışır
Namidə BİNGÖL
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Düşmən özü tələyə düşdü
DTX Cəbrayılda Azərbaycanın 7 min hərbçisini mühasirədən necə çıxartdı?
-
Pompeylə səhv salmaq olar
Hikmət Hacıyev Cəbrayıldan paylaşım edib
-
İki sürücü minaya düşüb
Yalpri Yıldıray Xocavənddə, Şamil Məmmədov isə Cəbrayılda ...
-
Min yaşlı qocanın istəyi
Pritça
-
“Münaqişənin həllinin çərçivələri aydındır”
Qarabağın statusu, 7 rayonun qayıtması necə baş verəcək?
-
«İctimaiyyət danışıqlardan ciddi heç nə gözləmirsə, ...»
Tofiq Zülfüqarov: «... Deməli gec və ya tez digər hallar meydana gələcək»
-
AB-nin Sərkisyandan Azərbaycan tələbi
Qurum Ermənistanın hakim partiyasını ərazi bütövlüyümüzü tanımağa çağırdı
-
«Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır»
İlham Əliyev: «XXI əsrdə təcavüzkar separatizm qəbul edilə bilməz»
-
Qarabağa gedən 4 Türkiyə vətəndaşına cinayət işi açılıb
Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu axtarışa verilib
-
Bağça, məktəb və yarımçıq binalarda məskunlaşanlar...
Cocuq Mərcanlıya ikinci köçə start verilir
-
Cocuq-Mərcanlıya ikinci köç gözlənilir
İlk mərhələdə 50 ailə yeni evlə təmin olunacaq
-
Cocuq Mərcanlı səfəri
Tanınmış yazıçılar Cəbrayıla və Füzuliyə yola düşür
-
Türkiyə mətbuatı xəyanətkarlara qarşı
Qardaş ölkə nəşrləri işğal altında olan Azərbaycan torpaqlarına səfər edənlərdən yazdı
-
«Torpağa bax, düşmənə nifrətini çıxart»
Göz yaşlarınızı tuta bilməyəcəyiniz görüntülər - Araz-Xüdafərin-Cəbrayıl
-
Cavid Qurbanovdan şəhidinin anasına jest
Cocuq Mərcanlı qəhrəmanının ailəsinin evi təmir olunacaq
-
Ürəyimizdə dağa dönən Lələ Təpə
Heç bir filmdə görmədiyiniz, kitablarda oxumadığınız müharibə həqiqətləri haqda döyüş yazısı...
Bir neçə gündən sonra Cəbrayılın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 25-cü ili tamam olacaq. Belə ki, rayon 1993-cü ilin 23 avqustunda işğal olunub.
Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayılın Ermənistan Silahlı Qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.
Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib.
Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Modern.az saytı Cəbrayılın növbəti işğal günündə keçmiş döyüşçü ilə danışıb.
Vaxtilə Cəbrayılda rabitə xidmətinin rəisi olmuş, keçmiş döyüşçü Nağı İmaməliyev Cəbrayılın işğalını belə xatırlayır.
“Hamı ümidlə döyüşürdü”
“İlk vaxtlarda Cəbrayılı çox yaxşı müdafiə edirdik. 13 kəndi boşaltmışdıq. Hər şey çox yaxşı idi. Amma vaxt keçdikcə hər şey dəyişdi. Müdafiə sistemi bərbad idi. Elə bil bir üsyan idi, xalqımızın başı üzərində dolaşırdı. 1991-ci ildə ordu yaransa da, tam deyildi. 70 km ərazi bir qoşuna həvalə olunmuşdu. Əvvəl vaxtlarda silahlarımız vardı. Amma vaxt keçdikcə silahlarımız tükənməyə başladı. O vaxtlar hərbi komissarlığın rəisi Nurulla Babayev idi. O, ordu hissələrinə nəzarət edirdi. Nurulla müəllim Əfqanıstanda da olmuşdu. Çox yaxşı döyüşçü idi. Orduda təşkilatçılığı çox yaxşı bacarırdı. Sonradan sanki mafiyanın əli ilə onu ordudan uzaqlaşdırdılar. Onu da deyim ki, könüllülərdən ibarət batalyonda hamı qələbəyə ümidlə döyüşürdü. Ailəmin Cəbrayılı nə vaxt tərk etmələrini belə bilməmişəm”
“Hər kəs evində oturub müharibənin bitməsini gözləyirdi”
Keçmiş döyüşçü deyir ki, insanlar rayonu tərk etmək barədə düşünmürdü.
“Cəbrayıla qədər bir çox rayonlarımız işğal olunmuşdu. Dəhşətli Xocalı faciəsi törədilmişdi. Təbii ki, cəbrayıllılar həmin vaxtlarda qorxu keçirtmişdi. Amma bir neçə aydan sonra hamı həyatın axarına qoşulub yaşayırdı. Avqust ayında Cəbrayıl işğal olunsa da, insanlar son gününə qədər bunu qəbul etməyiblər. Hər kəs öz həyət-bacasında, evində müharibənin bitməsini gözləyirdi. Heç kəs rayonu qoyub qaçmaq barədə düşünmürdü”.
“Biz Cəbrayıla qayıtmaq istəyirik”
Nağı İmaməliyevin sözlərinə görə, Cəbrayılsız yaşamaq çox çətindir.
Cəbrayılın işğalına gedən yol avqustun 15-dən başladı. Həmin gün Daşbaşı kəndi işğal olundu. Elə 3 saat sonra erməni təxribatının qarşısını yerindəcə aldıq və kəndi geri qaytardıq. Kəndin geri alınması zamanı 22 şəhid verdik. Cəbrayılla postları arasında 5-10 km məsafə vardı. İlk atılan QRAD mənim evimə düşüb. Ermənilərə qarşı döyüşlərdə Azərbaycanın hər bir bölgəsindən adamlar vardı. Quba, Gəncə, Saatlı və digər bölgədən könüllülər bizə qoşulmuşdu. Sadəcə avqustun 18-dən sonra vəziyyət dəyişdi. Döyüşçülərin çoxu ailəsinə görə narahat olurdu. Bir tərəfdən də silah-sursat verilməsi ləngidi. Avtomat silahlar vardı. Amma ağır artilleriya yox idi. Təsəvvür edin artilleriya, top mərmiləri qurtarıb. Axşam məlumat gəldi ki, dəmiryol stansiyasına çıxın, sizə iki vaqon silah gəlib. Mən də stansiyaya getdim. 3 gün orda qaldıq, amma silah gəlmədi.
Dünya cənnət olsa da, Cəbrayıl elə Cəbrayıldır. 25 ildir ki, Cəbrayılsız yaşayırıq. Buna yaşamaq demək olmaz. Biz Cəbrayıla qayıtmaq istəyirik. Arada ümid də ölür. O qədər insanlar torpaq, vətən deyə-deyə dünyadan köçür ki!... Eyni taleyi yaşayacağımdan qorxuram. Ümid bir ona qalır ki, biz özümüz o torpaqlara sarı getməliyik”.