Kent Boltonun Bakıya səfərini hazırladı
ABŞ-lı qonaq 4 mövzudan danışdı
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Azərbaycan mühüm rolunu məsuliyyətlə yerinə yetirib”
Robert Sekuta: “Rusiya illər ərzində uzanmış münaqişələrdən təsir göstərmək məqsədilə istifadə edib”
-
“Humanitar və enerji yardımı vacib ismarış verir”
“Qarşıdan gələn illərdə münasibətlərimizi daha da genişləndirmək arzusundayıq”
-
Ağ Evin Xəzər strategiyası
ABŞ Avropa Komandanlığının Bakıya göndərdiyi missiya
-
Blinken Əliyevə zəng edib
Dövlət katibi prezidentlə söhbətində Azərbaycan-Ermənistan danışıqları və enerji məsələlərindən razılığını bildirib
-
Entoni Blinken İlham Əliyevə zəng edib
ABŞ dövlət katibi və Azərbaycan Prezidenti Brüssel görüşünü müzakirə edib
-
Ağ Ev nə istəyir?
Okeanın o tayından Əliyevə gələn zəng
-
Yeni səfirin üstünlük verəcəyi istiqamətlər
Litzenberqer iki sahənin bilicisidir
-
«BTQ inteqrasiyaya kömək edəcək»
ABŞ səfiri: «Azərbaycan getdikcə əhəmiyyətli tranzit mərkəzinə çevrilir»
-
«Azərbaycan ABŞ-ın diqqətindədir»
Səfir: «İki ölkə münasibətlərində enerji məsələləri əhəmiyyətli yer tutur»
-
Amerikalıların kəşf etdiyi istedad
ABŞ-Azərbaycan əlaqələrinin 25 illiyində Stravelli-Əhmədov dueti
-
«Azərbaycan çox unikal ölkədir»
Robert Sekuta: «Güclü kommersiya bazası formalaşıb»
-
«Bakı Vaşinqton üçün önəmli tərəfdaşdır»
Asim Mollazadə: «ABŞ üçün Azərbaycanın önəmi tarixi və dəyərləri ilə bağlıdır»
-
«Demokratiyanı ixrac etmək olmaz»
Asim Mollazadə: «ABŞ-ın daxili siyasətində SSRİ-ni bərpa etmək xülyası ilə yaşayan qüvvələr fəallaşıb»
-
«Əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib»
İlham Əliyev Donald Trampı təbrik etdi
-
Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açılır
Millət vəkillərinin qənaətincə, Trampın fikirləri çox ciddi gedişlərin anonsu kimi dəyərləndirilə bilər
-
ABŞ-Azərbaycan münasibətlərinin yubileyinə möhtəşəm ifa
Sevda Ələkbərzadə və Qabrielle Stravellinin caz ifası hamını heyrətə salacaq
ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent oktyabrın 9-10-da Azərbaycanda səfərdə oldu. Amerikalı diplomat prezident İlham Əliyevlə görüşdü. Bundan sonra Corc Kent Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə bir araya gəldi. Kent səfərinin sonunda mətbuat konfransı keçirdi.
Corc Kent Bakıda Amerikanı maraqlandıran 4 mövzudan danışdı.
Birinci mövzu enerji əməkdaşlığı barədə idi. Kentin sözlərindən bir daha aydın oldu ki, Vaşinqton Cənubi Qaz Dəhlizi layihəsini dəstəkləyir. “Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” enerji ehtiyat mənbələrinin şaxələndirilməsi yolu ilə enerji təhlükəsizliyini təmin edəcək” – bu Kentin Bakıda səsləndirdiyi əsas cümlələrdən biridir. Vaşinqtonun bu dəstəyini prezident İlham Əliyev də yüksək qiymətləndirir. İlham Əliyev Bakının bu dəstəyə görə Vaşinqtona minnətdar olduğunu Corc Kentə də bildirdi.
İkinci mövzu təhlükəsizliklə bağlı idi. Azərbaycanın Əfqanıstana verdiyi dəstək Vaşinqtonda yüksək qiymətləndirilir. Bu fikri amerikalı diplomatlar hər zaman Bakıda qeyd edirlər. ABŞ prezidenti Donald Tramp da İlham Əliyevə göndərdiyi məktublarda Əfqanıstan mövzusunu hər zaman xatırladır və buna görə Azərbaycana minnətdarlığını bildirir. Azərbaycanın Əfqanıstana verdiyi dəstək Azərbaycanla ABŞ arasındakı münasibətləri daha da yaxınlaşdırır. Corc Kent Bakıda regional təhlükəsizlikdən danışarkən Rusiya və İran mövzularına da toxundu. Görünür, Vaşinqton hesab edir ki, bu iki dövlətdən Azərbaycana təhlükə var. Halbuki, keçmiş illərdən fərqli olaraq Azərbaycan Rusiya və İranla iqtisadi əlaqələrini genişləndirib, 3 dövlət birgə regional layihələr icra edirlər. Kent Xəzərin status ilə bağlı imzalanan sazişə münasibət bildirmədi. O, mətbuat konfransında sadəcə dedi ki, bu məsələyə Azərbaycan rəsmilərinin münasibət bildirməsi doğrudur. Bu o deməkdir ki, Vaşinqton Rusiya və İranın imzaladığı Konvensiyaya şübhəylə yanaşır. Əks halda Kent deməliydi ki, Vaşinqton Xəzərin statusunun müəyyənləşməsini dəstəkləyir. Sadəcə, işin içində Rusiya və İran olduğuna görə Vaşinqton sazişi dəstəkləyə bilməz. Rəsmi Bakı isə Xəzərin statusunu müəyyənləşdirən Konvensiyanı müsbət qiymətləndirir. Bunu İlham Əliyev Nazirlər Kabinetinin son müşavirəsində bildirdi.
Üçüncü mövzu Dağlıq Qarabağa həsr edildi. Vaşinqton bölgədə müharibə olmasını istəmir. Corc Kentin sözlərindən məlum oldu ki, Vaşinqton Azərbaycan prezidentinin Ermənistanın baş naziri ilə Düşənbədəki görüşünü müsbət qiymətləndirib. Buna baxmayaraq, ABŞ Minsk Qrupunun həmsədri olaraq münaqişənin həlli üçün fəallaşmır. Kent də münaqişənin həlli ilə bağlı yenə heç nə demədi. Halbuki, Donald Tramp Azərbaycan prezidentinə, bir neçə ay sonra isə Ermənistanın baş nazirinə göndərdiyi məktublarda Vaşinqtonun münaqişənin həllində fəallaşacağına işarə vurmuşdu. Kent bu məsələyə aydınlıq gətirmədi.
Dördüncü mövzu insan haqları və demokratiyaya həsr olundu. Kent dedi ki, Vaşinqton Azərbaycanda “Azadlıq” radiosunun bərpasını istəyir. Kent hətta belə bir ifadə də işlətdi ki, gələn dəfə Bakıya gələndə “Azadlıq” radiosunu dinləmək istəyir. Azərbaycan hakimiyyəti “Azadlıq” radiosunun Bakıdakı ofisini 2014-cü ildə bağlayıb. “Azadlıq” radiosu Azərbaycan hakimiyyətinin siyasətini sərt tənqid edirdi. Digər tərəfdən bu radionu dinləyənlərin sayı çox idi. Bu hakimiyyəti narahat etməyə bilməzdi. Başqa ölkənin radiosunun Bakıdan Azərbaycan hakimiyyətini tənqid etməsinə qarşı tədbirlər görüldü. Hakimiyyətin “Azadlıq” radiosunun fəaliyyətinə icazə verəcəyi ehtimalı yüksək deyil. Rəsmi Bakı bu məsələdə Vaşinqtonun xahişini yerinə yetirməyəcək. Vaşinqton isə buna görə Bakıya problem yaratmayacaq. ABŞ-ın prezidenti Respublika Partiyasının nümayəndəsidir. Rəsmi Bakı adətən enerji və təhlükəsizlik məsələlərində respublikaçı prezidentlərlə sıx əməkdaşlıq edir və bu zaman demokratiya mövzuları arxa plana keçir.
Azərbaycana Corc Kentdən sonra ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton gələcək. Kent Bakıya gəlməklə Boltonun səfər proqramını müəyyənləşdirmiş oldu. Bəlkə Bolton Trampın Qarabağ münaqişəsinin həlliylə bağlı fikirlərinə aydınlıq gətirər…
“Atlas” Araşdırmalar Mərkəzi