vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
AKTUAL  
10:23 | 23 fevral 2019 | Şənbə Məqaləyə 2090 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sarvan erməni siyasətçilərin karvanını durdurdu

Rizvanov Qarabağ separatçıslnın arzusunu ürəyində qoydu

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyada yaşayan soydaşımız Sarvan Rizvanov bu ölkədəki erməni separatçıların məyus edib. S.Rizvanovun bununla bağlı paylaşdığı xəbəri oxucularımıza təqdim edirik:

Dostlar Almaniyada fəaliyyət göstərən Ermənistan səfirliyinin çətiri altında özünü dırnaqarası respublikanın daimi nümayəndəsi elan etmiş Harutyun Qriqoryan 16.02.2016-cı il tarıxındə saat 19-30-da Almaniyanın Maynz şəhərində ( bu şəhərdə yerləşən erməni dərnəyinin əli ilə) yerləşən evangelişlərin kilsəsində tanınmayan ölkə ilə bağlı siyasi tədbir planlaşdırmışdı. Kilsənin rəhbəri cənab Maskus ilə üç gün əvvəl görüşüb ətraflı müzakirə apardıq. Almaniya parlamentinin və Kanslerinin dəfələrlə Azərbaycanın ərazi bütövlünü tanıdıqlarını kilsə rəhbərliyinin diqqətinə çatdırdım. Eyni zamanda Alman qanunlarına zidd olaraq kilsənin siyasi bir tədbirə ev sahibliyi etməsinin yolverilməz hesab etdim və bu problemin hüquq müstəvisinə çıxacağına işarə vurdum. Bu gün kilsənin rəhbəri məni görüşə dəvət etdi. Bildirdi ki,  Sizin təklifinizi və müzakirəmizdə səslənən fikirləri üstün tutub ermənilərin tədbirini ləğv etdik. Xaricdə yaşayan hər bir soydaşımızdan bir xahişim var, erməni fəallığına qarşı bizim mübarizə aparmağımız çox önəmlidir.