vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
ENERGETİKA  
13:10 | 17 oktyabr 2019 | Cümə axşamı Məqaləyə 4117 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qiymətlər düşür

ABŞ-ın neft ehtiyatlarında böyük artım

ABŞ-da neft ehtiyatlarının artması ilə əlaqədar olaraq neft qiymətləri düşür. Eyni zamanda, qlobal iqtisadiyyatın ləngiməsi ilə əlaqədar olaraq neftə tələbin azaldığına dair narahatlıqlar güclənib.

Özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, ABŞ-da xam neft ehtiyatları ötən həftə 10.5 milyon barel artıb.

Enerji İnformasiya İdarəsinin (EIA) Cümə axşamı günü açıqlayacağı rəsmi göstəricilər də bu artımı təsdiq edərsə, ehtiyatlar  2017-ci ilin Fevral ayından bu yana ən böyük artımını reallaşdırmış olacaq.

Bakı vaxtı ilə saat 11:30-da Brent nefti 0,8 faiz ucuzlaşma ilə 58,93 dollardan alıcı tapıb. ABŞ xam neftinin qiyməti isə 0,9 faiz düşərək 52,90 dollara geriləyib.

 

***

 

Bütün olanlara baxmayaraq, Azərbaycanın dünya bazarına çıxardığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,69 ABŞ dolları və yaxud 0,10 faiz bahalaşıb.

“Azeri Light” markalı neft birjalarda 63,61 dollardan satılır.