vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
14:58 | 2 mart 2020 | Bazar ertəsi Məqaləyə 1343 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ankara Qarabağı da unutmur!

Çavuşoğlu Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Elxan ŞAHİNOĞLU

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şefer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Türkiyəyə səfər ediblər. APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu həmsədrlərlə və A Kasprşiklə görüşüb.

Ayrı vaxt olsaydı bu xəbər o qədər də diqqəti cəlb etməzdi. Həmsədrlər əvvəllər də Türkiyədə rəsmilərlə görüşüblər. Dağliq Qarabağ münaqişəsini həll etməli olan beynəlxalq vasitəçilərin Türkiyəyə indiki səfərləri isə Ankara ilə Əsəd rejimi arasındakı müharibəyə və Ankara ilə Moskva arasındakı münasibətlərin gərginləşdiyi dövrə təsadüf edib. Mümkündür ki, görüş haqqında razılaşma İdlib ətrafındakı hadisələrdən çox əvvəl razılaşdırılıb. Ancaq başqa bir ehtimal da irəli sürə bilərik ki, görüşün bu ərəfədə keçirilməsinin təşəbbüskarı Ankara olub.

Türkiyənin Suriyada həyata keçirdiyi uğurlu hərbi əməliyyat bu ölkənin bölgədə rolunu və çəkisini artırıb. Ancaq Türkiyə bununla kifayətlənmnək istəmir, Ankara son zamanlar strateji müttəfiqlərinin və tərəfdaşlarının çağırışlarına səssiz qalmır, dəstək verir. Məsələn Türkiyə Liviyadakı müttəfiqi – mərkəzi hakimiyyətin rəhbəri Sərracın köməyinə çatdı, Tripoliyə silahlı qüvvələrini göndərdi.

Azərbaycan Liviyadan da Türkiyəyə yaxın müttəfiqdir. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı bunu bir daha səsləndirdi və xüsusilə vurğuladı ki, Dağlıq Qarabağ probleminin həllində rəsmi Bakının yanındadır. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığına mane olan tək böyük ölkə Rusiyadır. Təsadüfi deyil ki, Ərdoğan Putinlə görüşdə bir neçə dəfə Qarabağ probleminin həlli vacibliyini qaldırıb, Kreml sahibinin cavabı isə bu olub ki, “bu çox mürəkkəb məsələdir”. Bununla Putin faktiki demək istəyib ki, Ankara bu məsələdən uzaq dayansın.

Ankara Kremlin bu “məsləhətini” bir mərhələyə qədər nəzərə alırdı və məsələyə qarışmırdı. Ancaq indiki məqamda Rusiya onsuz da Türkiyə ilə tərəfdaşlığa sadiq deyil, razılaşmaları pozur, üstəgəl Suriya üzərindən gəlib Türkiyəyə sərhəd olub. Türkiyənin də Cənubi Qafqaz üzərindən Rusiyaya sərhəd olmaq hüququ var. Təsadüfi deyil ki, Türkiyənin xarici işlər naziri “ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha aktiv fəaliyyət göstərməlidir” fikrini səsləndirib. Nazir vurğulayıb ki, münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir.

Ankara bölgədə fəallığını artırarkən, o cümlədən Minsk Qrupu həmsədrlərini ayağına çağırarkən, rəsmi Bakının da qarşılıqlı surətdə müttəfiqi istiqamətində fəallaşmasına ehtiyac var. Məsələn, Azərbaycan Xarici İşlər Nazirliyinin də “Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşmasını arzulayırıq, bu bölgədə sülhün və əmin-amanlıq yaradılması üçün vacib şərtlərdən biridir” məzmunlu bəyanat yayması yerinə düşər. (“Atlas” Araşdırmalar Mərkəzi)


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)