vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
SAHİBKARLIQ  
12:07 | 11 aprel 2020 | Şənbə Məqaləyə 17233 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həm girovsuz, həm də iki dəfə az faizlə

Fermerlərin kredit almaq imkanlarıı asanlaşdırılır

“Prezident İlham Əliyevin aqrar sahənin maliyyələşdirilməsinin stimullaşdırılması ilə əlaqədar imzaladığı Fərman fermerlərin kredit almaq imkanlarını asanlaşdıracaq”.

Bu fikirləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib. Onun sözlərinə görə, yeni mexanizm fermerlərə girovsuz mikrokreditlər vermək imkanı yaradır.

“Kənd təsərrüfatı sahəsində çalışan fermerlərin təxminən 80 faizi kiçik və orta ailə-kəndli təsərrüfatlarına aid edilən fermerlərdir. Onların istifadəsində ümumilikdə 230 min hektar torpaq sahəsi var. Bu fermerlərin maliyyəyə çıxışı əsasən dövlət tərəfindən onlara ayrılan subsidiyalar, güzəştli kreditlər və müxtəlif banklar tərəfindən təqdim olunan kommersiya kreditləri formasındadır. Ümumi mənzərəyə nəzər yetirdikdə görürük ki, bu sahədə təxminən 60 milyonluq bir kredit portfeli var və bu kateqoriyadan olan fermerlərə ilindən asılı olaraq 40-45 milyonluq subsidiya verilir. Lakin ümumi mənzərəyə baxdıqda görürük ki, fermerlərimizin əlavə olaraq 140 milyonluq vəsaitə ehtiyacı var. Bu ehtiyac yeni yaradılmış maliyyə imkanları vasitəsilə maliyyələşdirilə bilər. Məhz bu məqsədlə Cənab Prezident tərəfindən çox düzgün qərar verilib və AKİA-nın həm Əsasnaməsinə, həm də vəsaitdən istifadə qaydalarına dəyişiklik olunub”.

AKİA sədri qeyd edib ki, bu Fərman fermerlərə 15 min manatadək girovsuz mikrokredit vermək mexanizmi formalaşdırmaq imkanı yaradır: “Mexanizm özündə orta bazar qiymətlərindən iki dəfə aşağı faiz dərəcəsi ilə mikrokreditlər verilməsini nəzərdə tutur. Mikrokreditlərin maksimal dərəcəsi 12 faiz ola bilər. Əvvəllər bu cür kreditlərin orta müddəti 1-2 il idi, indi isə kreditlərin ödənilməsinin maksimal müddəti 3 ilədək artırılıb. Mexanizmin bir tərəfi bu sahəyə vəsait ayıran dövlət, bir tərəfi mikrokreditlərə tələbatı olan fermerlərə, üçüncü tərəfi isə prosesdə iştirak edən banklardır. Banklar üçün bu məhsulu cəlbedici edən əsas istiqamətlərdən biri fermerlərin bank üçün yarada biləcəyi riskləri dövlətin qismən qarşılamasıdır. Banklara ucuz vəsaitə çıxış verilməsi, risklərin dövlət tərəfiondən qismən qarşılanması bu məhsulu həm banklar, həm fermerlərimiz üçün cəlbedici edir. Eyni zamanda hesab edirik ki bu mexanizm fermerlərimizin maliyyəyə çıxış imkanlarını əhəmiyyətli dərəcədə atrıracaq”.

AKİA sədrinin sözlərinə görə, kənd təsərrüfatının mövsümi fəaliyyət olduğunu nəzərə alaraq mikrokreditlərin ödənilməsi üçün güzəşt müddətləri də nəzərdə tutulub: “Mikrokreditlər üçün istiqamətindən asılı olaraq 1 ilə qədər güzəşt müddəti də nəzərdə tutulub. Eyni zamanda sənədləşmədə sürətli keçid mexanizmləri hazırlanıb ki, bu da fermerlərin maliyyəyə çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıracaq”.