Bakı bu gün
Boş küçələr, tutqun hava ...
Şahbaz XUDUOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Adam öldürmə cinayətinə 4 aylıq həbs?
Qonşusunu “Covid-19”a yoluxduran qadına həbs cəzası
-
Auditorlar məhkəməsindən acı etiraf
“COVİD-19” bərpa fondunda gecikmələr nəticəsində AB üzvü dövlətlər pullarını ala bilməyib
-
Ən az etibar edilən peyvənd
ABŞ-da COVİD-19 vaksininə şübhə edənlərin sayı artır
-
Sağlamlıq səfərbərliyi
Meymun çiçəyi virusu haqqında şok təfərrüat
-
“Covid-19”dan daha ölümcül
Özünüzü meymun çiçəyi virusundan qorumağın yeganə yolu!
-
Son bir həftədə 861 yoluxma
Cənubi Koreya “Covid-19” həyəcanı
-
Dünya təşvişə düşüb
Kabus geri dönür; “ən yoluxucu variant” sürətlə yayılır
-
Bir həftədə 7 nəfər ölüb
Yunanıstanda “Covid-19” həyəcanı
-
Kabus xortladı
DST xəbərdar edir, yoluxduqdan beş gün sonra başlayır
-
Yumşalma rahatlıq əvəzinə təlaş yaratdı
Camaatın axışdığı bazarlarda, apteklərdə limon və ağrıkəsici yoxa çıxıb
-
DST gələcək pandemiyalara hazırlaşır
“Mümkün qlobal epidemiyalarla mübarizə” üçün ilk beynəlxalq müqavilə layihəsi hazırlanır
-
Qriplə fərqi qalmadı...
Avropa ölkəsi COVİD-19 yoluxmaları zamanı məcburi karantini ləğv edir
-
Çində etirazçı ovu
Polisi aksiya iştirakçılarını mobil telefon siqnalları ilə aşkarlayır
-
Hökumət geri addım atdı
Çində baş verən etiraz aksiyalarının görünməmiş miqyası pandemiya yumşalmalarına səbəb oldu
-
Çində polis nümayişlərə maneə törədib
Sərt tədbirlər davam edir
-
Fransada COVİD-19 yoluxmalarında artım
Ölkə bronxiolit epidemiyasından keçir
Günlərlə ailə üzvləri evdən çıxmayanda səbəb olmadan tez- tez küsüşürlər. Bu gün Bakının havası da səbəbsiz yerə tutqundur. Nə qara bulud, nə də yağış, sadəcə tutqundur, burnu yerlə gedir.
Nəsimi bazarına getdim. Göyərti, meyvə tərəvəz aldım. Həmişə eyni adamdan bazarlıq edirəm; şən, mehriban bir xanımdır, ən soyuq havalarda belə piştaxta arxasında özünü elə aparır elə bil çəmənlikdən çiçək yığır. “Qiymətlərdə artım var. Bizə belə gəlir”. Şəmkir çiyələyinin qiyməti 18 manatdır. Qızıləhmədi alması, “smerenko” 6-7 manat olub, göy dəsti 60 qəpik. “Ümumi vəziyyət o qədər də pis deyil. Bura, əsasən xozeyin sürücüləri gəlir. Onların da icazə vərəqləri var. Bura fəhlə, kasıb gəlmir”.
Qəribədir, bir vaxtlar bazara kasıblar gələrdi, indi kasıblar marketlərə gedir. VARLILAR İSƏ BAZARA. Yeri gəlmişkən, dünən Şərifzadə prospektinə getmişdim, Yasamala, orda bir bazar vardı, onu söküblərmiş, yerində isə Asan xidmət fəaliyyət göstərir. Bilirəm ki, Asan xidmət orda çoxdan var, amma yalnız dünən bazarın yerində tikildiyinin fərqinə vardım.
Koroğlu heykəlinin ətrafı sakitlikdir, “Gənclik mall“un qarşısında polis və hərbçilər post qurublar. Eyni postdan Xətai ərazisində “Ramstore” dairəsində, Qələbə dairəsi və Yasamal polisinin qarşısında da qurublar. Şəhəri hansı məntiqlə tikə-parça ediblər anlamaq olmur. Postun qarşısında uzun növbələr yaranır. Dünən Yasamal polisinin qarşısında ilişmişdim. Avtomobilləri diqqətlə yoxlayırlar.
“Gənclik Mall” ətrafında çoxlu polis və hərbçilər dəstə-dəstə dolanırlar.
Xoyski prospekti bərəkətlidir. Nərimanov metrosunun hər çıxışında hərbçi və polis dəstəsi dayanıb, adama elə gəlir ki metrodan gələnləri yoxlayacaqlar. METRO işləməsə belə.
Əslində eyni durumu 28 may, Elmlər Akademiyası metro çıxışlarında da müşahidə etmək olar.
Sevgililər parkı boşdur, Bakı şəhər baş polis idarəsinin ətrafında ağlibaslılar sarı balonları kürəklərində dezinfeksiya işləri aparırlar.
“Azneft” dairəsindən Prezident aparatına doğru bir nəfər qalxırdı. Özü də avtomobil yolu ilə, elə bu səbəbdən diqqətimi çəkdi. Yoxuş qalxsa da başını dik tutub öz-özünə deyinən adam kimi aparatın binasına baxırdı. Aparatın pəncərələrində bərq vuran günəş onun üzünə düşüb gözlərini qamaşdırırdı. Sol qolu yox idi.
40 pilləkənin ayağından sola buruluram. Qarşıdan, “İbrus” teatrının yanından bir qadın gəlir, yanında 3 it. Diqqəti çəkən mənzərə...
Deyəsən onu tanıyıram. Yanından ötəndə tam əmin oldum. Maşından endim. Bir az arıqlayıb, amma çöhrəsi heç dəyişməyib. Qəfil görüşümüzə hər ikimiz sevindik. Əhvalı şəndir. "Itlərlə gəzməkdən gəlirəm, dağüstü parkdan. Əvvəllər uşağa baxırdım. Aylıq məvacibi çox deyildi. 3 qıza baxmaq asan deyil (3 qızı var). Yaxşı ki, bu itləri tapdım. Hər gün iki dəfə gəzməyə aparıram". 3-nü birdən gəzdirmək çətin deyil deyir. İngilis itləridir. Çox mehriban və sakitdirlər. "Bunlar olmasaydı vəziyyətim çox pis olardı".
Bu qadının qəribə taleyi var, səhv etmirəmsə Ukraynadan gəlib. Əri Azərbaycanlı olub, uşaqlarını götürüb onun axtarışına çıxıb. Onu tərk edən ərini tapa bilməsə də burda ilişib qalıb. Yaşamaq uğrunda çox mücadilə edəndən sonra itlə gəzmək işini tapıb və nisbətən həyatı sabitləşib.
Söhbətləşdikcə itlər məni qoxulayır, iyimi yaddaşlarına köçürürlər. Yəqin anlamırlar ki, bu onlara heç zaman gərək olmayacaq, təkrarlanmayan iy burunda çox qala bilməz.
Şəhərin mərkəzi bu gün yuyulmayıb. Mərkəzdə hərəkət canlanır. Gülən, əylənən, boş yerə söhbət edən gözümə dəymədi. Bəzi yerlərdə polislər hərbçilərlə kimisə sorğu-suala tutduqlarını gördüm, adətən bir mülkini 3-4 mundirli dindirir.
Əllərdə əsasən ərzaq torbalarıdır. Daha çox “Bravo”nun paketi gözə dəyir.
Karantin elan olandan küçədə heç yeniyetmə və uşaq görmədim. Bu gün xüsusən gözüm onları axtardı..
Parklarda ağaclar yaşıllaşmağa başlayıb, tumurcuqları pöhrələnib.
Qulağıma dəyən fikirlər:
* Marketlərin nə qədər yığılıb qalmış, satılmayan malı vardı, hamısını əritdilər.
*Avtobus sürücülərini çox ağır cəzalandırıblar.
* Karantin aprelin 30-na qədər davam edəcək.
Yanımdan ötən maşınlardan musiqi səsi eşidilmir. Lider radiosu hər yarım saatdan həyəcanlı səslə Məsuliyyətli ol!, çağırışı edir. KORONOVİRUSUN əlamətləri haqqında mətn elə bilirəm müharibə haqqında həyəcanlı xəbərlərdir.
Mərkəzlərdə reklam lövhələrində #evdəqal, prospektlərə çıxanda isə “Maaşları agartmağın vaxtıdır” elanları asılıb.
Dünyada 1 703 890 yoluxma, 102 897 ölüm, bizdə 991 yoluxma, bizdə 10 ölüm.
Bəs, 190 manatdan xəbər varmı?
Bonus
* Kəndlərdə itlər kişilərin, şəhərlərdə isə əsasən qadınların yanında olurlar.
* Uşağını çımdirən ata tam fərqlidir. BURDA şəkil danışır. Onu görən hər kəsin öz hekayəsi yaranır. Uşağını çımdirən ana bir tablodur, rəssamlıq sinfinin birinci kurs işi. (11.04.2020)