vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
KİNO-TEATR  
15:12 | 21 yanvar 2022 | Cümə Məqaləyə 2500 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

72-ci “Berlinale”də 27 film yarışacaq

“Qızıl ayı” uğrunda...

Fevralın 10-dan 20-dək Almaniya paytaxtında 72-ci “Berlinale” Beynəlxalq Film Festivalı keçiriləcək. Festivalın əsas proqramına 27 tammetrajlı film (16 bədii, 11 sənədli), “Forum Special” proqramına isə daha 14 tammetrajlı və qısametrajlı film daxildir.

Təşkilatçıların bildirdiyinə görə, “Berlinale” Beynəlxalq Film Festivalı koronavirus məhdudiyyətləri nəzərə alınmaqla adi formatda keçiriləcək.

Kinofestivalın saytında məlumat verilir ki, pandemiya ilə əlaqədar “Berlinale” formatını və konsepsiyasını dəyişib. Festival fevralın 10-da “Berlinale Palas”da ənənəvi mərasimlə (qırmızı xalı üzərindən keçid) açılacaq. Açılış mərasimindən sonra fevralın 16-dək müsabiqə xarakterli filmlərin nümayişi keçiriləcək.

“Qızıl ayı” və “Gümüş ayı” mükafatları, həmçinin ən yaxşı tammetrajlı filmə görə GWFF mükafatı və “Berlinale”nin ən yaxşı sənədli film mükafatlarının təqdimetmə mərasimi fevralın 16-da olacaq.

Bundan sonra isə fevralın 20-dək bütün “Berlinale” kinoteatrlarında festivalın filmlərinin təkrar nümayişi təşkil olunacaq. Pandemiya şərtlərinə görə “Berlinale” kinoteatrlarının tutumu kəskin şəkildə – 50 faizə qədər azaldılıb.