“Məğribdən məşriqə”
Bibliya “5 min illik tariximiz var” yalanını ifşa edir
Ermənilərin dərin və latent depressiyalarının səbəblərindən biri, hətta ən böyüyü, haqqında danışmağı, dərinə getməyi sevmədikləri “Bibliya”da adlarının keçməməsi mövzusudur. Məlumdur ki, “Bibliya”da 70 xalqın adı keçir. Bütün insanlar və xalqlar Nuh peyğəmbərin soyundan gəldiyinə görə, Nuhun oğlanları bütün insanların ulu babaları kimi göstərilir. Ermənilər iddia edir ki, onlar Nuhun oğlu Yafətin soyundan gəlirlər. Lakin istər Yafətin, istərsə də başqa oğlanlarının soyundan gələn “armeni”, yaxud “hay” adlı xalqa “Bibliya”da rast gəlmirik. Əhəmiyyətli-əhəmiyyətsiz, kiçik-böyük, yaxın-uzaq – “Bibliya”da adı keçən 70 xalqdan (avveylər, avyanlar, amaleklilər, aramilər, xivalılar, makedonlar, midyanlılar, samariyalılar, misirlilər, parfiyalılar, yəhudilər, finikiyalılar, və s.) heç biri ermənilər deyil.
Əlbəttə, erməni erməni olmazdı, əgər Bibliyayada öz interpretasiyası (təfsiri) ilə erməni tapmasaydı. İş orasındadır ki, Bibliyada “Ararat dağları”ndan bəhs edilir. Təfsirçilərin əksəriyyəti söhbətin Urartudan - Assuriyanın şimalındakı ərazidən getdiyi məsələsində həmfikirdir. Nuhun gəmisi, Müqəddəs Kitaba görə, məhz Urartudakı dağların birində (Yaradılış 8:4) quruya oturub. Ermənilər sevincək olub deyir ki, “budur, bizim də adımız hallanır, biz də varıq”. Maraqlıdır, görəsən özlərinə gülməli gəlmirmi, ərazi adının onlar olduğunu iddia etmək? 70 xalqın adı açıq-aydın yazıldığı halda, sizi nəzərdə tutmaq istəyən Tanrı nə üçün xalqın adının yerinə, onun yaşadığı ərazinin adını çəksin? Tanrıya “hay”, “erməni” demək beləmi çətindir?
İndi isə diqqət! Nəinki dünya tarixçiləri, hətta ermənilərin özü də Urartunun bir erməni ölkəsi olduğunu deməyə, yazmağa cəsarət etmirlər. “Urartu Ermənistandır (Hayastandır)” deyən bir-iki erməni “tarixçisi” erməni mütəxəssislərin özləri tərəfindən belə, saxtakar adlandırılır. İnternet doludur onları təkzib edən erməni tarixçilərinin məqalələri ilə - “Bizi dünyada biabır etməyin, Urartunun Ermənistana dəxli yoxdur...”
Beləliklə, sıradan qədimliyə yox, lap dərin qədimliyə, qədimdən qədim qədimliyə, hiper qədimliyə, imkansız qədimliyə, misli görülməmiş qədimliyə və nəhayət, qədimlik anlayışının özündən də qədim qədimliyə iddia edən ermənilər, “Bibliya”da 70 xalqın, hətta “məğribdən məşriqə” qədər istənilən torpaq parçasında, istənilən ərazidə yaşayan ən azsaylı xalqın belə, adının keçməsinə, onların adının isə hallanmamasına çox qəzəblidirlər. Mümkün deyil ki, “Bibliya”nın çoxsaylı müəlliflərindən heç olmasa, biri erməniləri xatırlamayaydı. Mümkün deyil. Əsla.
Ermənilərin qədimlik mifini, “5 min illik tariximiz var” yalanını “Bibliya” ifşa edir. Necə də ironik.