
Şimali Koreyanın ballistik raket sınağı
“100 km hündürlüyə qalxıb 800 km məsafə qət edib”
“100 km hündürlüyə qalxıb 800 km məsafə qət edib”
Putin Kim Çen Inın böyük köməyi qarşılığında dostuna “Limuzin” hədiyyə edib
Ən güclü silahlarla təchiz olunub
ABŞ açıq şəkildə xəbərdarlıq etdi
Şimali koreyalıların işğalçı müharibədə iştirak səbəbi ...
Rusiya, Çin, Şimali Koreya və İranın tədqiqatları ciddi narahatlıq doğurur
Ən böyük döyüş gəmisinin peyk görüntüləri yayılıb
Şimali Koreyalı kiber cinayətkarlar 10 ildə 6 milyard dollarlıq kriptovalyuta oğurlayıblar
... iki ölkəni birləşdirəcək
“Milli maraqlarımızı təmin etmək üçün bütün bilik və bacarıqlarımı istifadə edəcəyəm”
Cənubi Koreyadakı səhv nəticəsində 15 nəfər yaralanıb
Şimali Koreya ilə Rusiya arasında yeni hərbi əməkdaşlıq
“Əsir düşsəniz, ailəniz edam olunacaq”
Cənubi və Şimali Koreya arasında humanitar yardım proqramı dayandırılıb
FTB Şimali Koreyanı tarixin ən böyük virtual valyuta qarətinə görə məsuliyyət daşımaqda ittiham edir
Şimali Koreya Rusiyaya yenə əsgər göndərib; Peyk görüntüləri ortaya çıxdı
Şimali Koreya ölkə lideri Kim Çen Inın nəzarəti altında gecə keçirilən hərbi paradda ən böyük və tanınmış ballistik raketlər və digər qabaqcıl silahları nümayiş etdirib. Parad haqqında məlumatı ölkənin dövlət mediası çərşənbə axşamı yayıb.
Koreyanın Dövlət Mərkəzi Xəbər Agentliyi (KCNA) bildirib ki, bazar ertəsi axşam saatlarında Pxenyanın mərkəzində keçirilən paradda Kim ölkəsinin nüvə imkanlarını “mümkün olan sürətlə” gücləndirəcəyinə söz verib.
ABŞ və müttəfiqləri ilə gərginliyi tədricən artıran Kim Şimali Koreya ilə hərbi qarşıdurmaya cəhd edən istənilən ölkənin məhv ediləcəyini bildirib.
“Nüvə güclərimizin fundamental missiyası müharibənin qarşısını almaqdır, lakin bizim nüvə silahlarımız heç vaxt müharibədən çəkindirmə missiyası ilə məhdudlaşa bilməz, hətta bu torpaqda heç vaxt arzulamadığımız bir vəziyyət yaransa belə” - deyə, Kim bildirib.
Qızılı və qırmızı naxışlarla bəzədilmiş ağ rəngli hərbi forma geyinən Kim Şimali Koreya ordusunun yaradılmasının 90-cı ildönümünü qeyd etmək üçün keçirilən parada həyat yoldaşı Ri Sol Ju ilə birlikdə qatılıb.
KCNA-nın dərc etdiyi fotoşəkillərdə paradda ölkənin ən qabaqcıl raketləri, o cümlədən ən böyük qitələrarası raketi olan olan “Hwasong-17” nümayiş etdirildiyi görünür.
Fotoşəkillər paradda nümayiş etdirilən yeganə yeni silahın bərk yanacaqla işləyən, sualtı qayıqlardan buraxılan ballistik raket olduğu görünür. Analitiklərin fikrincə bu model əvvəlki versiyalardan bir qədər uzun görünür.
Parad Şimali Koreyanın dövlət televiziyasında hələ göstərilmədiyi üçün başqa hansı silahların nümayiş etdirildiyi bəlli deyil. Dövlət televiziyası adətən bu cür hadisələri növbəti gün günorta və ya axşam saatlarında yayımlayır.