vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BANK, BİRJA, SIĞORTA  
18:23 | 3 may 2022 | Çərşənbə axşamı Məqaləyə 1711 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bankoff”da “game over”

Sanksiyalardan yayınmaqda ruslara kömək edən startup özü ifşa olundu

Gözlənilən baş verdi. “Visa” və “Stripe” qlobal ödəniş sistemləri Azərbaycan startapı olan “Bankoff” kartlarına xidmət göstərməyi dayandırıb. “Bankoff”un öz resurslarının da bloklandığı bildirilir.

Problemlə bağlı “Bankoff” özü də müştərilərinə məlumat verib. Bir neçə gün öncə Azərbaycandan olan bu startapın sanksiyadan yayınmaq üçün  rusiyalılara kömək etdiyi haqqında yazmışdım.

“Bankoff” 2020-ci ildə fəaliyyətə başlayıb. İnternet üzərindən virtual kartlar təqdim edən bir servisdir. Komandasını bacarıqlı gənclər olaraq tanıyıram.

Rusiyaya sanksiyalar tətbiq ediləndə birdən-birə bu servisin müştərilərinin sayının 10 dəfə artdığı bildirilirdi.

Qlobal yazışmaları izləyəndə proqnozlaşdırmaq olurdu ki, “Bankoff” bu qaydada, kütləvi olaraq ruslara kartlar verməkdə davam edərsə problem olacaq.

Güman etmək olar ki, rusiyalıların kütləvi şəkildə “Bankoff”dan kart almasını maraqlı tərəflər müşahidə ediblər və “Visa” və “Stripe” təsir edərək startapa qarşı sanksiya tətbiq etdiriblər.

Eyni zamanda ona da təəssüf edirəm ki, ekosistemdən olan  bəzi dostlarımız da qlobal trendləri zamanında dəyərləndirə bilmədilər və gözəl ideyası olan gəns startapçılarımıza da düzgün istiqamət götürməyə yetərincə  səy göstərmədilər.