
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Avropa İttifaqının (Aİ) Xarici siyasət rəhbəri Cozef Borrel deyir ki, Ukraynaya əlavə 500 milyon avro hərbi yardım ayıracaq. Mayın 13-də Almaniyanın şimalında G7-nin xarici işlər nazirlərinin görüşü çərçivəsində danışan Borrel deyib ki, hərbi yardım tanklar və artilleriya kimi ağır silahlardan ibarət olacaq, Aİ-nin Ukraynaya yardımını 2 milyard avroya çatdıracaq.
***
Borrel Rusiya neftinə embarqo qoyulması üzrə razılaşmanın bir neçə günə əldə olunacağına inamını bildirib. “Biz Rusiyadan neft asılılığından canımızı qurtarmalıyıq”, – Aİ-nin aparıcı rəsmisi sözlərinə əlavə edib.
Britaniyanın Xarici işlər naziri Liz Trass Ukraynaya daha çox silah göndərməyə çağırıb.
“Hazırda Ukraynaya daha çox silah göndərməklə, sanksiyaları gücləndirməklə Rusiya Prezidenti Vladimir Putinə təzyiqi saxlamağımız çox vacibdir”, – Trass görüş çərçivəsində söyləyib.
“Bu böhranda azadlıq və demokratiyanın qorunmasında G7-nin vəhdəti çox vacibdir və biz bu yöndə işimizi davam etdirəcəyik”, – Trass vurğulayıb.
***
Bu arada Ukrayna qüvvələrinin Rusiya hərbçilərinə bəzi yerlərdə zərbələr endirməsi haqda xəbərlər gəlir. Britaniya Müdafiə Nazirliyi mayın 13-də gündəlik bülletenində qeyd edir ki, Donbasda Rusiya qüvvələrinin çayı keçməsinin qarşısı alınıb.
Severodonetsk şəhərindən qərbdə yerləşən Şimali Donetsk çayını keçməyə çalışan Rusiya qüvvələrinin zirehli texnikasının vurulduğu bildirilir. Həmin görüntülərin əks olunduğu deyilən fotolar dərc olunub.
Məlumatda qeyd olunur ki, Rusiya komandirləri öz başçılarının artan təzyiqi altındadır, döyüş zonasında getdikcə riskli strategiyalara əl atırlar.