Finlandiya NATO-ya üz tutur
Moskvanın cavabı necə olacaq?
Asif NƏRİMANLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
NATO-ya qadın başçı
Dünyanın ən güclü hərbi ittifaqına qatı antirusiyaçı, keçmiş SSRİ vətəndaşı rəhbərlik edəcək
-
“Qətliam olacaq”
“85 il əvvəl 200 min rus əsgərini öldürmüşdük”
-
Dövlət Departamentindən “F-16” izahı
“Heç bir müttəfiqimiz Türkiyə qədər öz torpaqlarında terrora məruz qalmır”
-
NATO qatarı reysdən çıxdı
Xoşbəxtlikdən tələfat və itki yoxdur
-
“Diktatura rejimlərindən asılılığmızı azaltmalıyıq”
“Rusiyanın qələbəsi digər “təcavüzkar ölkələri” gücləndirə bilər”
-
Orduya güvən 50 faizin altında
ABŞ ictimaiyyəti Əfqanıstandan çıxmanı inamsızlığın ən böyük səbəbi sayır
-
“Patriot” müzakirələri
NATO Ukraynaya HHM sistemlərini danışarkən Rusiyadan təhdid özünü yetirdi
-
“Putinin strategiyası işə yaramadı”
Bıinken: “Milyonları soyuğa və qaranlığa sürüklədi”
-
“Türkiyə tarix təyin etməyib”
Finlandiyadan NATO bəyanatı: “İrəliləyiş olacaq”
-
Bağlı qapılar arasında açıq söhbət
NATO zirvəsində nə danışılıb?
-
Parisin Ankara narahatçılığı
Türkiyənin İsveçdən PKK tələbi Fransanın dövlət kanalını göynədib
-
“Rusiyaya qalib gələ bilərik”
“hava hücumundan müdafiə sistemlərinə ehtiyacımız var”
Finlandiya sürətlə NATO-ya doğru irəliləyir və beləliklə, Rusiya ABŞ-NATO cəbhəsi qarşısında daha bir məğlubiyyətlə üz-üzədir.
“Qış müharibəsi” adlanan SSRİ-Fin müharibəsinin nəticəsində ruslar Finlandiyanın indiyə qədər davam edən “neytral status”una nail oldular. Ukraynanın işğalı hücumunda da Rusiya eyni ssenarini tətbiq etməyi planlaşdırır. Kiyevi Donbas və Krımdan rəsmi imtinaya məcbur etmək və “neytral statusu”na nail olmaq.
Müharibənin ilk mərhələsində - rus qoşunları Kiyev ətrafından çəkilməyənə qədər Ukrayna “neytral status”a razı idi, lakin hazırki mərhələdə daha güclü tərəf kimi görünən rəsmi Kiyevin mövqeyi dəyişib və müharibənin uzunmüddətli olacağı, cənub və şərq bölgələrində rus işğalı genişlənsə belə “neytral status”a nail olmağın çətin perspektivi daha güclüdür.
Və Ukraynada fin ssenarisini təkrarlamaq istəyən Rusiya buna nail ola bilmədiyi kimi, Finlandiyanda “neytral status” üstünlüyündən də məhrum olmaq ərəfəsindədir.
Finlandiyanın NATO-ya üzvlüyü Rusiya üçün nə deməkdir?
– Şimal Alyansı iki ölkə arasındakı 1300 kilometrlik sərhəd xəttinə nəzarəti ələ keçirir və Rusiyaya qarşı cəbhəni genişləndirir;
– Finlandiya ilə birlikdə İsveçin də ittifaqa üzvlüyü gündəmdədir: bu reallaşarsa, Rusiyanın Baltik dənizində NATO ilə tam əhatələnəcək, eyni zamanda, Arktikada da Şimal Alyansı qarşısında mövqeyi zəifləyəcək.
Finlərdən (75 faiz əhali dəstəkləyir) fərqli olaraq, isveçlilər (50 faiz əhali dəstəkləyir) üzvlük məsələsinə daha ehtiyatlı yanaşır. İsveçrə neytral mövqeyini və qlobal danışıqlara ev sahibliyi statusunu qorumaq haqda da düşünür, hərçənd, NATO-nun Rusiyaya qarşı cəbhəni genişləndirmək planı fonunda, eləcə də coğrafi mövqelər baxımından bu iki ölkənin eyni vaxtda qəbul edilməsi qərarının olduğu görünür.
Rusiyanın cavab addımı necə olacaq?
Moskva bəyan edir ki, “hərbi-texniki və digər xarakterli cavab addımları atacaq”.
Digər addımlara xüsusilə qazın nəqlinin dayandırılması daxildir və məlumatlara görə, Rusiya buna hazırlaşır. Hərçənd, Finlandiya rus qazından imtina edəcəyin açıqlamışdı. Buna səbəb idxal edilən qazın ödənişini rublla etmək istəməməsi idi. Rəsmi Helsinki rus qazını tamamilə əvəz edə bilməsə belə, buna hazırlıqlı olduğunu açıqlayır. Bu o deməkdir ki, Finlandiyaya qarşı “qaz kartı” effektli olmayacaq.
Bu prosesdə əsas sual Rusiyanın “hərbi-texniki” addımının nədən ibarət olacağı, daha doğrusu, bunun nə qədər doğru olmasıdır:
– Ukraynada müharibə aparan Moskva üçün cəbhənin genişlənməsi sərfəli deyil;
– Əsas hərbi resurslarını Ukraynaya yönəltməsi Finlandiyaya qarşı hərbi addım imkanlarını məhdudlaşdırır. İddialara görə, Rusiya Finlandiya ilə sərhəddəki qoşunların böyük hissəsini Ukrayna müharibəsinə cəlb edib.
Bu amillər Moskvanın xəbərdarlığının daha çox “strateji çəkindirmə” xarakterli blef olduğu versiyasını ön plana çıxarır. Hərçənd, rusların təkcə bleflə kifayətlənəcəyi də inandırıcı deyil. Mümkün versiyalar kiberhücumların təşkili və Belarus-Polşa sərhədində yaradılan miqrant probleminin burada da təkrarlanmasıdır.