JAS – üçü birində
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
19:41 | 15 may 2022 | Bazar
Məqaləyə 1001 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
Kiçik qızına makiyaj etdirməyən ata və ana valideynlər hüquqlarından məhrum edildi
Ən böyük hərbi bazası üzərində PUA-lar görünüb
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
Polşada həyəcan, uçuşlar dayandırıldı
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
NATO-nun baş katibi Yens Stoltenberq Stokholm və Helsinkinin alyansa qoşulması prosesini mümkün qədər sürətləndirmək istədiyini vurğulayıb. Stoltenberq bazar günü NATO-nun İsveç və Finlandiyanın alyansa daxil olması məsələsində Türkiyə ilə ümumi dil tapa biləcəyinə əminliyini ifadə edib.
“Əminəm ki, Türkiyənin ifadə etdiyi narahatlıqları üzvlük və ya üzvlük prosesini gecikdirməyəcək şəkildə həll edə bilərik”, Yens Stoltenberq video bağlantı vasitəsilə jurnalistlərə açıqlamasında bildirib.
O, Ankaranın açıqladığı kimi, Skandinaviya ölkələrinin NATO-ya üzv olmaq üçün müraciətinə mane olmaq niyyətində olmadığını deyib.
Bu açıqlama Türkiyə xarici işlər nazirinin İsveç və Finlandiyanın öz ölkələrində terror qruplaşmalarına dəstəyi dayandırmalı, aydın təhlükəsizlik qarantiyaları vermələri və Türkiyəyə ixrac qadağalarını ləğv etməli olduqları barədə çıxışından sonra verilib.
NATO xarici işlər nazirlərinin Berlin görüşündən sonra açıqlama verən Mövlud Çavuşoğlu isveçli və finlandiyalı həmkarları ilə görüşdüyünü və onların Türkiyənin narahatlığını nəzərə almağa çalışdıqlarını bildirib.
Çavuşoğlu Türkiyənin heç kəsi təhdid etmədiyini və təsir vasitələri axtarmadığını, lakin Türkiyə, ABŞ və Avropa İttifaqının terrorçu qrup hesab etdiyi PKK kürd qruplaşmasına İsveçin dəstəyi ilə bağlı öz fikrini bildirdiyini əlavə edib.
Stoltenberq iki ölkənin alyansa daxil olması prosesini mümkün qədər sürətləndirmək istədiyini və NATO-nun bu müddətdə alyansın regionda mövcudluğunun artırılması da daxil olmaqla, təhlükəsizlik qarantiyalarının təmin edilməsi yollarını axtaracağını bildirib.
Finlandiya bazar günü NATO hərbi alyansına qoşulmaq üçün müraciət etmək niyyətində olduğunu rəsmən elan edib. Prezident Sauli Niinisto və baş nazir Sanna Marin NATO-ya üzvlüklə bağlı müraciət haqda Helsinkidə prezident sarayında açıqlama veriblər.