vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ENERGETİKA  
10:07 | 16 may 2022 | Bazar ertəsi Məqaləyə 1414 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neft istehsalı aşağı düşüb

OPEC+ kvotasından az neft çıxarılıb

Azərbaycan gündəlik olaraq OPEC+ kvotasından 103 min barel az neft çıxarıb. 2022-ci ilin aprel ayında Azərbaycanda gündəlik neft hasilatı 579,1 min barel təşkil edib.

Energetika Nazirliyinin yaydığı məlumata görə ki, 2022-ci ilin apreli ayı OPEC+ kvotaları çərçivəsində Azərbaycan 682 min barel neft çıxarda bilərdi. Beləliklə, Azərbaycan onun üçün nəzərdə tutulmuş kvotalardan gündəlik olaraq 102,9 min barel az neft hasil edib.

Energetika nazirliyinin məlumatına əsasən, 2022-ci ilin aprel ayında Azərbaycanda gündəlik neft hasilatı kondensatla birlikdə 693,1 min barel təşkil edib. Bunun 579,1 min barelini xam neftin, 114 min bareli isə kondensatın payına düşüb.

Nazirliyin neft hasilatı üzrə açıqladığı aylıq göstəricilərə görə, hasilat apreldə ilin əvvəlindən gündəlik olaraq 1,8 min barel azalıb. Belə ki, yanvar ayında 580.9 min barel neft çıxarılıb.