

Rusiyanın hücumu nəticəsində 17 dinc sakin ölüb, onlarla yaralanan var
Bəşər Əsədin Luqansk və Donetski separatçılarını tanıdığı üçün
Co Bayden: “Ukraynanı nə qədər lazımdırsa, dəstəkləyəcəyik”
Bayden: “NATO təkcə daha güclü yox, həm də daha yekdil olacaq”
Sanksiyalardan əvvəl fəaliyyət göstərən 20 müəssisədən indi cəmi 2-si işləyir
Rusiya Ukraynada çıxa bilməyəcəyi pusquya düşdü
Rusiyalılar katerlərlə qarnizonun qüvvələrini tələsik evakuasiya ediblər
Makron Moskvanı göz yaşlarına inandıra bilməyib
Bayden Ərdoğanı təriflədi
Uşaqlar müharibənin ağır yükünü daşımaqda davam edir
Boris Conson Putin haqda: “Bu, onun Ukraynada etdiyidir”
Rusiya Ukraynaya təcavüz edəndən bəri keçirilmiş ən böyük əsir dəyişdirilməsi gerçəkləşib
“Promcomplektlogistic” Rusiyaya sanksiyalardan yayınmaqda kömək edib
İşğal edilən ərazilərin Rusiyaya birləşdirilməsi “qanuniləşdirilir”
ABŞ Rusiyanın müdafiə sənayesi və qızıl idxalına yeni qadağalar tətbiq edib
Avadanlıq çatışmazlığına görə 4G ruterlərini kiçik yaşayış məntəqələrindən söküb böyük şəhərlərə gətirirlər
“Çünki etiraf edirəm, hələ də ümidli idim. Tanrıya çox şükür, artıq ümidim qalmadı...”
Bəzi şeyləri təsəvvür etmək, situasiyanı hiss etmək mümkün olmadığı üçün filmlərə, ümumiyyətlə incəsənətə çox ciddi ehtiyac yaranır. Onun nə qədər real olması, bizim onu nə qədər real qəbul etməyimiz də mübahisəlidir, amma istənilən halda, əlimizdə daha “orijinal surət” yoxdur. İncəsənəti niyə yaratmışıq - polemikasına girmək istəmirəm, amma məncə, bu da səbəblərdən biridir.
İki gündür “Azovstal”da ukraynalı hərbiçilərin təslim olma görüntüləri yayılır. Və məni hər izlədikcə bir məsələdə dəhşətli maraq bürüyür. Azov və Rusiya, yəqin ki, son illərin istənilən müharibəsində bir-birinə ən çox nifrət edən tərəfləri təmsil edirlər. Və Azov batalyonunun Rusiya üçün nə ifadə etdiyi də məlum məsələdir.
Məhz əsirlik qərarı alınandan sonra “Azovstal”dakı emosiyaları təsəvvür edirsiniz? Səni diri-diri yandırmağa hazır olan bir qrupun əlinə öz xoşuna düşəcəyini bilmək, gələcək sorğu anlarını düşünmək beyin üçün necə iztirab dolu prosesdir. Və bu, bitməz bir proses kimi saatlarla davam edir. Tatuna baxırsan, buna görə veriləcək işgəncələr ağlına gəlir: məsələn, o tatuya dağ basmaq. Kirli dırnaqlarına baxırsan, onlar xəyalında kəlbətinlə dartılmağa başlayır, infeksiya qapmaqda olan qopmuş qolun, ayağın, kirdən örtülmüş yaran, bunlar sənin sağ qalmaq uğrunda mübarizədə şansını artırmır. Bir anlıq qolunun qopmasına görə ediləcək rəhmə güvənib, qolsuz olduğuna sevinirsən, sonra onun zəiflik olduğunu dərk edirsən. Ardınca qazdan boğulma hissi və ya müxtəlif üsullarla təhqir edilmə: zorlanma, alçaldılma... Və kameralar qarşısında... Deyirsən, ölüm bundan yaxşıdır... Sonra qəfil meh əsir və son ümidi də özü ilə gətirir: bəlkə bizi dəyişdilər?! Həmin anda xoş bir təbəssümlə işgəncəyə dözümlülük məşqlərini xatırlayırsan...
Bura əsl emosional partlayış məkanıdır. Onların bir-birini əvəz etməsi saniyələr belə çəkmir: qorxu, ümid, qəzəb, utanc. Və başdan...
Təslim olma saatlarına yaxın isə: “Heç bir şey mənə əvvəlki kimi görünmürdü. Bu işıqlı, geniş pəncərələr, bu gözəl günəş, bu mavi səma, bu gözəl çiçək artıq bir kəfən rəngi kimi bəyaz və solğun idi...”
Bəlkə də gələcəkdə hansısa bir film o anların orijinala yaxın surətini yarada bilər...
“Edam Məhkumunun Son Günü” çox zəif qaldı sanki...