Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
20:51 | 20 may 2022 | Cümə
Məqaləyə 963 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Rusiya Dövlət Dumasına müqaviləli hərbi xidmət üçün yuxarı yaş həddinin ləğvi barədə qanunvercilik layihəsi təqdim olunub. Layihənin mətni dumanın rəsmi saytında dərc edilib.
Hazırda mövcud olan qanuna görə Rusiya vətəndaşı müqaviləli hərbi xidmət üçün 40 yaşına, xarici vətəndaş isə 30 yaşınadək müraciət edə bilər.
Layihənin müəllifləri – hakim Vahid Rusiya partiyasından müdafiə komitəsinin sədri və müdafiə nazirinin keçmiş müavini Andrey Kartapolov və onun komitə üzrə birinci müavini Andrey Krasovdur.
Onlar əmək qabiliyyətli əhali üçün müqaviləli hərbi xidmətin yuxarı yaş həddinin ləğv olunmasını təklif edirlər.
Beləliklə, bu layihə qəbul olunarsa, Rusiya vətəndaşları 65 yaşınadək müqaviləli hərbi xidmətə cəlb oluna bilərlər.
Deputatlar hesab edirlər ki, qanun orduya hazırda ehtiyac duyulan yeni mütəxəssislərin, əsasən həkim və mühəndislərin cəlb olunmasına imkan verəcək.
***
Qanun layihəsinə əlavə edilmiş izahatda deyilir ki, müasir orduda “dəqiq silahlardan istifadə və onlara xidmət göstərilməsi üçün yüksək ixtisaslı şəxslərə ehtiyac var”.
Qanun layihəsi müəlliflərinin fikrincə belə ixtisaslı ekspertlər 40-45 yaşlarında formalaşır.
Ekspertlər diqqəti belə bir məqama çəkirlər ki, layihə məhz indi Rusiya ordusunun Ukraynada ağır itkilərə məruz qaldığı bir vaxtda təklif olunub.
May ayının əvvəllərində Britaniya və ABŞ mediası və kəşfiyyatı prezident Vladimir Putinin bu itkilərlə bağlı ümumi səfərbərlik elan edə biləcəyini bildirirdilər.
Kreml bu kimi xəbərləri “yalan” və “cəfəngiyyat” adlandırırdı.
İndi isə sözü gedən qanun layihəsi qəbul olunduqdan sonra əhalinin daha yaşlı kateqoriyasını müharibəyə cəlb etmək mümkün olacaq.
***
“Reuters” agentliyi yazır ki, Rusiya ordusu Mariupol şəhərinin xarabalıqları üzərində nəzarəti ələ alsa da, Donbas regionunu tamamilə zəbt edə bilməyib.
ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin keçmiş komandanı general Ben Hoces deyib ki, Moskva üçün Ukraynadakı uğursuzluqları gizlətmək get-gedə çətinləşir:
“Aydın məsələdir ki, rusların başı bəladadır. Belə görünür ki, bu qanun layihəsinin təqdim olunması əhalini həyəcana gətirmədən canlı qüvvə çatışmazlığını aradan qaldırmaq məqsədi güdür”.
Britaniyadakı “RUSİ” Analitik Mərkəzində hərbi məsələlər üzrə ekspert Cek Uotlinq də bildirir ki, Rusiya ordusu canlı qüvvə sarıdan problemlə üzləşib:
“Rusiya Ukraynadakı hərbi birləşmələrində heyət sabitliyini qoruyub saxlamağa və yeni hərbi birliklər yaratmağa çalışır. Bu çox yavaş və mürəkkəb proses olacaq. Digər tərəfdən hərbi təcrübəsi olan şəxsləri hərbi xidmətə cəlb etməklə bu prosesi sürətləndirmək olar”.