
Kim Çen Inın ailə tarixində gizli detal
Şimali Koreya liderinin babası Yaponiyadan qaçaqmalçılığa görə deportasiya edilib?
Şimali Koreya liderinin babası Yaponiyadan qaçaqmalçılığa görə deportasiya edilib?
Naməlum şimali koreyalı saxlanılıb
Minlərlə Şimali Koreyalı şirkətlərə sızıb, ABŞ tədbir görür
Pxenyan dəstəyi üç dəfə artırdı
Tətil kompleksinin açılışını ruslar edəcək
Kim Çen In göz yaşlarını saxlaya bilmədi
ABŞ-da “kompüter fermaları” quran fırıldaqçılar pulları Pxenyanın nəzarət etdiyi hesablara köçürüb
ABŞ Şimali Koreyanın nüvə silahlarını da hədəfə ala bilərmi?
ABŞ-ın İrana zərbə endirməsi Şimali Koreyanın nüvə siyasətinə necə təsir edəcək?
Rusiyanın yay planı kəşfiyyat hesabatlarında
Kim Çen Inın həyat yoldaşı lüks aksesuarı ilə görüntülənib
Şimala dəniz yolu ilə düyü və İncil göndərmək istəyiblər
Şimali Koreyada nəhəng silah bazası tikilir
Şimali Koreya lideri müasir döyüş raketlərinin istehsalını artırmağa çağırıb
ABŞ-da qanunsuz yaşayan çinli qaçaqmalçılıq yolu ilə sursat və texnika apardığını etiraf edib
Dünyanın ən uzun qatar səyahəti yenidən başlayır
İki ildən artıqdır ki, COVİD-19 pandemiyasının dünyanın bir çox hissəsini bürüdüyü vaxt Şimali Koreyanın koronavirusa heç bir yoluxma halının qeydə alınmadığında təkid etməsi əksər ekspertlərin fikrincə, demək olar ki, qeyri-mümkündür.
May ayının ortalarında Şimali Koreya şübhəli halların üzə çıxdığını bildirdikdə və ordunu “böyük milli fövqəladə vəziyyət”ə nəzarət üçün səfərbər etdikdıə vəziyyət dəyişdi.
Bir çox xarici hökumət və beynəlxalq humanitar qruplar ən pisindən qorxurdular: Şimali Koreyada baş verən epidemiya elə bir həddə gəlib çatıb ki, hətta Pxenyan da bunu gizlətməyə cəhd edə bilməyib.
Bununla belə, Şimali Koreyanın açıqlamasından sonra iki həftə ərzində dövlət mediası vəziyyətin sürətlə yaxşılaşdığını bildirir.
Gündəlik “Rodong Sinmun”da dərc olunan gündəlik rəqəmlərə görə, yeni və mövcud halların sayı mayın ortalarından bəri kəskin şəkildə azalıb. Son bir həftə ərzində dövlət qəzeti epidemiya ilə bağlı yalnız iki ölüm hadisəsi barədə məlumat verib.
Dövlət mediası bazar günü Şimali Koreya lideri Kim Çen Inın ölkə boyu nəzarət edilən və yaxşılaşdırılan pandemiya vəziyyətini müsbət qiymətləndirdiyi iclasa sədrlik etdiyini bildirib. Elə həmin gün paytaxt Pxenyanda pandemiya ilə bağlı karantin qismən yumşaldılıb.
Qarışıq mesajlar Şimali Koreyanın COVİD-19 epidemiyasını sadəcə qeyri-mümkün olan rəsmi rəqəmləri dərc etmək üçün nəhayət nəyə görə etiraf etdiyini anlamağa çalışan müşahidəçiləri çaşdırır.
Bazar ertəsi günü Şimali Koreyada 3,55 milyon şübhəli COVİD-19 hadisəsi qeydə alınıb ki, bu da ölkənin ümumi əhalisinin təxminən 14 faizini təşkil edir. Bununla belə, Şimali Koreyanın dövlət mediası yalnız 70 nəfərin öldüyünü bildirib.
Şimali Koreya rəqəmlərinə inanmalı olunsa, ölkədə COVİD-19-dan ölüm halları 0,002 faiz təşkil edib və bu, dünyada ən yaxşı göstəricidir.
Cənubi Koreyada müqayisə üçün COVİD-19-dan ölüm nisbəti 0,13 faiz təşkil edib. Cənubi Koreyanın ölüm nisbəti Şimali Koreyada şübhəli yoluxma hallarına tətbiq edilsə, bu, 4600-dən çox insanın öldüyü deməkdir.
Lakin iki Koreyanı müqayisə etmək ağlabatan nəticə verməyəcək, çünki Cənubi Koreya effektiv və müasir səhiyyə sisteminə və dünyada COVİD-19-a qarşı ən yüksək vaksinasiya göstəricilərindən birinə malikdir.
“Digər tərəfdən, Şimali Koreya koronavirusa qarşı kütləvi peyvəndləmə kampaniyasına başlamayıb və səhiyyə sistemi qeyri-adekvatdır”, Cənubi Koreya hökumətinin profilaktik tibb mütəxəssisi və COVİD-19 siyasəti üzrə müşaviri Çun He-hun qeyd edir.
Şimali Koreya böyük ölçüdə COVİD-19 testləri üçün ləvazimatların olmaması səbəbindən yoluxmaların tam miqyasını bilməyə bilər.
Son iki i ərzində Şimali Koreya Ümumdünya Səhiyyə Təşkilatına əsas etibarilə müntəzəm COVİD-19 test rəqəmləri bildirsə də, bu həftəlik rəqəmlər heç vaxt 1800-ü keçməyib.
O zaman Şimali Koreya nə üçün ümumiyyətlə COVİD-19 epidemiyası olduğunu açıqlayıb? Nə üçün ölkənin hər hansı pandemiya problemi yaşadığını inkar etmək mümkün olmadı?
Bir mümkün motivasiya şübhəli halların çox cəmləşdiyi Pxenyandakı siyasi elitanı sakitləşdirmək ola bilər.
Ekspertlər bildirir ki, Şimali Koreyanın yeni yanaşması ən azı qismən Pxenyan sakinlərinin narahatlığını aradan qaldırmaq və onlara yüksək rəhbərliyin böhranı idarə etdiyini göstərmək məqsədi daşıya bilər.