AYİB-dən 105 milyon dollar
Avropa Azərbaycana külək elektrik üçün kredit ayırır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Daha çox dəstəyə ümid edirik»
Brok Birman: «ABŞ inkişaf sahəsində Azərbaycanla işləməyə sadiqdir»
-
... AYİB Azərbaycana yarım milyard kredit ayıracaq
Yol infrastrukturunun yenilənməsi üçün ...
-
TANAP-a daha 500 milyon dollar
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana kredit ayırır
-
AYİB Rusiyadakı 5 ofisini bağlayacaq
Moskva Avropa Bankının ən mənfəətli bazarını itirməsindən təəssüflənir
-
«Texniki dəstək verməyə çox şad olarıq»
Avropa bankı ABB-nin səhmdarı ola bilər
-
TAP-a qarşı etirazlarda ikinci cəbhə
Qubernator gözlənilmədən Azərbaycanın layihəsinə qarşı ikinci cəbhə açdı
-
TAP-ın rəhbərliyi dəyişdirildi
Vəzifəyə 26-30 illik iş təcrübəsi olanlar gətirilib
-
Hər üç ölkədə işlər qrafikə uyğun irəliləyir
TAP İtaliyada çimərliyin təmizlənməsi və sahilin qorunmasına 850 min avro yatıracaq
-
TAP-dan Albaniyaya misilsiz töhfə
Qazıntılar aparılan ərazidə tarixi abidə tapıldı, əvəzində işlər 1 ay yubandı
-
İşçilər daşa basılıb, söyülüb...
Azərbaycanın 40 milyard dollarlıq layihəsinə qarşı təxribatlar
-
İtaliya məhkəməsindən TAP-a yaşıl işıq
Vüqar Bayramov: «Müəyyən qruplar kəmərin tikintisinə çətinliklər yaşada bilər»
-
BP məyusdur...
EİTİ-ni tərk etmək Azərbaycana pul problemi yaratmayacaq
-
«Cənub Qaz Dəhlizi»nin cazibəsi
Nəinki Avropanın, hətta ABŞ-ın da gözü Azərbaycandadır
-
«TAP qitədə ən iri layihədir»
Xəzər qazı Avropaya Rusiyadan yan keçməklə gedəcək
-
Bakı Rusiyadan şübhələnir...
İtaliyada Azərbaycan əleyhinə təxribatlar
-
Prezident Davosdadır
İlham Əliyev AYİB-ın rəhbəri ilə görüşüb
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda 240 MVt gücündə külək elektrik stansiyasının tikintisinə 105 milyon dollar kredit ayıracaq.
“Kredit alan bu layihəni həyata keçirmək üçün yaradılmış “ACWA Power Azerbaijan” Bərpa Olunan Enerji Məhdud Məsuliyyətli Cəmiyyətidir. AYİB-in Direktorlar Şurası iyulun 20-də keçiriləcək iclasında kreditin ayrılmasını təsdiq etməyi planlaşdırır”, – deyə bankdan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Məlumata görə, stansiyanın tikintisi layihəsinin ümumi dəyəri 300 milyon dollardır.
Xəbər verdiyimiz kimi, 2022-ci il yanvarın 13-də gücü 240 MVt olan Xızı-Abşeron külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib.
Layihə çərçivəsində hər birinin gücü 6 MVt olan 40 turbin quraşdırılacaq. Bunlardan 17 külək turbininin Abşeron rayonunun Pirəküşkül kəndində, 23-ü isə Xızı rayonunun Sitalçay kəndində quraşdırılacaq.
Layihə “build -own – operate” (tik – sahiblik et – istismarını həyata keçir) prinsipi ilə həyata keçiriləcək. Layihənin investoru Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətidir. Stansiyanın tikinti müddəti 2 ildir.