
İranın regiondakı çöküşünün başlanğıcı
Fars-molla rejiminin Zəngəzur üzərindən geosiyasi şantajı davam edir
Fars-molla rejiminin Zəngəzur üzərindən geosiyasi şantajı davam edir
Vardanyanı hətta Tramp da xilas edə bilməz...
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Radikal müxalifət, kilsə və bir qrup biznesmenin arxasında bir qüvvə var – Kreml
“Əməkdaşlarını mitinqlərə qatılmağa məcbur edənlər də məhkum ediləcək”
“Subaylıq andı” böhranı – həm insanları, həm də Allahı aldatmaq
Ermənistan tarixində ilk dəfə hakimiyyətlə diaspor və kilsə arasında dərin çatlar yarandı
Baş yepiskop həbs olundu
Rusiyanın əlaltılarından daha biri Paşinyana qarşı çıxdı...
Azərbaycanın axtarışa verdiyi Karapetyan İrəvanda həbs olunub
Ermənistan müxalifətinin “Şərəfim var” parlament fraksiyasının rəhbəri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş başçısı Artur Vanetsyan deputat mandatından imtina etməsi barədə Milli Məclisin spikeri Alen Simonyana ərizə təqdim edib.
Milli Məclisin mövcud reqlamentinə görə Artur Vanetsyanın deputat səlahiyyətlərinə bir həftədən sonra xitam verilməlidir.
Vanetsyan həmin müddətdə ərizəsini geri götürə bilər.
O özünün “Facebook” səhifəsində yazıb ki, arıq özünü hazırkı parlamentdə görmür:
“Ermənistan Respublikasının vətəndaşı səs vermişdi ki, biz bu hakimiyyətin destruktiv fəaliyyətinə mane olub ölkəni fəlakətdən çıxaraq. Amma, mənim nəzərimcə, bu parlamnent həmin məqsədə nail olunması üçün səmərəli meydan funksiyasını itirib”.
***
Onun sözlərinə görə müxalif “Vətən” partiyası fəaliyyətini parlamentdən kənarda davam etdirəcək, keçmiş prezident Serj Sərkisyana bağlı “Şərəfim var” parlament fraksiyası isə fəaliyyətini dayandıracaq.
Vanetsyan bildirir ki, deputat mandatı onun üçün məqsəd yox, “ölkəyə və dövlətə xidmət aləti” olub.
O əlavə edib ki, bu alət artıq qarşıya qoyulmuş məqsədə çatılmasına yaramır: “Bu gün biz vətənimizi itirmək həddinə çatmışıq. Bizim bundan artıq səhv etmək haqqımız yoxdur. Mübarizənin alternativi yoxdur. Mən dəfələrlə demişəm ki, Erməni xalqı, Ermənistan və Artsax (Qarabağ-red) uğrunda mübarizədə partiya bayraqları, ayırıcı xətlər və statuslar yoxdur. Bu, bizim ümummilli mübarizəmizdir. Biz, “Vətən” partiyasının üzvləri, mübarizəmizi xalqımızla birlikdə davam etdirəcəyik”.
***
Aprelin 17-də oturaq aksiyaya başlayan Vanetsyan demişdi ki, əgər müxalifətin etirazları baş nazir Nikol Paşinyanın istefası ilə nəticələnməsə, o bir daha parlamentə qayıtmayacaq.
Vanetsyan iddia edirdi ki, Paşinyan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırlaşır.
Paşinyan hökuməti isə bildirirdi ki, əksinə Qarabağ ermənilərinin hüquqlarını müdafiə etmək əzmindədir.
İki əsas parlament fraksiyasından olan müxalifət bir neçə həftə ərzində fasiləsiz aksiyalar keçirirdi.
Bunlar keçmiş prezidentlər Robet Köçəryanın və Serj Sərkisyanın “Hayastan” və “Şərəfim var” fraksiyalarıdır.
Nəhayət iyunun 14-də müxalifət Yerevanın mərkəzində qurduğu çadırları yığışdrımaq və aksiyaları gündəlik yox, həftəlik qaydada davam etdirmək qərarını elan etmişdi.
Paşinyan tərəfdarları bildirirlər ki, etirazların beləcə zəifləyib sönməsi müxalifətin geniş xalq kütlələri arasında nüfuza malik olmaması ilə bağlıdır.