“İkiüzlü, rədd ol!”
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
12:38 | 25 iyun 2022 | Şənbə
Məqaləyə 923 dəfə baxılıb
Şriftin ölçüsü
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Maddi dəyəri 10 min avro idi
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Məzar daşları dağıdıldı
Kiyev Almaniyaya elektrik enerjisi təklif edir. Ukraynanın energetika naziri Herman Qaluşenko deyir ki, Ukraynada atom elektrik stansiyalarının istehsal etdiyi elektrik enerjisi Almaniyada yaranan enerji böhranının aradan qalxmasına yardım edə bilər.
Belə ki, Rusiya qazının tədarükünün kəskin azalması nəticəsində Almaniyada enerji böhranının yarana biləcəyi ilə bağlı narahatlıqlar var.
Ukraynalı nazir Almaniyanın Rusiya enerji mənbələrindən imtina etmək niyyətini müsbət qiymətləndirir və Kiyevin Berlini dəstəkləməyə hazır olduğunu vurğulayır.
Qaluşenkonun sözlərinə görə, müharibəyə baxmayaraq, Ukraynanın enerji sektoru stabil işləməyə davam edir.
Ukraynada elektrik enerjisinin 50 faizdən çoxu atom elektrik stansiyaları (AES) tərəfindən istehsal olunur.
2022-ci il martın 16-dan Ukrayna ümumavropa enerji şəbəkəsinə qoşulub və Avropa bazarını elektrik enerjisi ilə təmin edə bilir. Nazir həmçinin qeyd edib ki, Ukrayna, xüsusən də onun cənub bölgələri ekoloji cəhətdən təmiz enerjinin - ilk növbədə günəş və külək enerjisinin inkişafı baxımından cəlbedicidir. O, ümid etdiyini bildirib ki, indi Ukrayna Avropa İttifaqına üzv namizəd statusu əldə etdikdən sonra bu istiqamətdə Avropa ilə əməkdaşlığı fəal şəkildə inkişaf etdirə biləcək.
Ukraynada 15 enerji bloku olan dörd AES var, onların ümumi gücü 13 min meqavatdan çoxdur.
Nüvə reaktorlarının sayına görə Ukrayna dünyada onuncu, Avropada isə beşinci yerdədir. Almaniya Yaponiyanın “Fukusima-1” AES-də baş vermiş qəzadan sonra nüvə enerjisindən imtina etmək qərarına gəlib. İndi Almaniyadakı 19 atom elektrik stansiyasından üçü qalır. Digər stansiyaların hamısı istismardan çıxarılma prosesindədir və bu ilin sonuna qədər həmin stansiyaların söndürülməsi planlaşdırılır.