vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AMERİKA  
11:08 | 27 iyun 2022 | Bazar ertəsi Məqaləyə 1029 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bayden geri dönüş barədə düşünür

Çin mallarına qarşı tətbiq edilən rüsumlar yumşaldıla bilər

Elxan ŞAHİNOĞLU

Amerika Birləşmiş Ştatlarının iqtisadi problemləri dərinləşir, inflyasiya artır. Ağ Ev sahibi Co Bayden mövcud vəziyyətdən çıxış yolları axtarır. Keçmiş prezident Donald Tramp Çin mallarının Amerikaya ixracına maneələr yaradan xeyli qərara imza atmışdı. Bu ABŞ-la Çin arasında ticarət müharibəsinə səbəb olmuşdu. Bayden bu siyasəti davam etdirsə də, hazırda geri dönüş barədə düşünür.

Bayden Çin lideri Si Tsinpinlə növbəti telefon danışığına hazırlaşır. Bayden Pekinlə Tayvanla bağlı gərginliyi arxa plana atmadan iqtisadi müstəvidə iki ölkə arasında münasibətlərin yumşalmasını istəyir. Bayden sonuncu dəfə Si Tsinpinlə martın 18-də video format əsasında iki saata yaxın fikir mübadiləsi aparıb. O zaman nəticə hasil olmadı. Ancaq bu müddətdə Amerikadakı iqtisadi tənəzzül Baydeni yenidən Tsi Sinpinlə iqtisadi mövzuları müzakirəyə məcbur edir. Baydenlə yanaşı ABŞ müdafiə naziri Lloyd Ostin və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan da çinli həmkarlarıyla dialoqu davam etdirirlər. Bu dialoq da nəticə vermir. Buna baxmayaraq, Vaşinqton Pekinlə təmaslardan imtina etmir. 

Co Baydenin Çin mallarına qarşı tətbiq edilən rüsumları yumşaldacağı proqnozlaşdırılır. Bu qərarın Amerikanın siyasi dairələrində necə qarşılaşacağı sual altındadır. Respublikaçılar Partiyasının tərəfdarları, o cümlədən Donald Trampın özü Baydenin Pekinlə iqtisadi əməkdaşlığı genişləndirməsi ideyasını sərt tənqid edir. Bayden tərəfdarları isə əksinə Trampın vaxtilə yanlış qərar verdiyini, Çin məhsullarına tətbiq edilən rüsumların Amerika iqtisadiyyatının problemlərini daha da dərinləşdirdiyini iddia edirlər. Onlar hesab edirlər ki, Çinlə iqtisadi əməkdaşlıqdan imtina amerikalıların iş yerlərinin itirilməsinə səbəb olub. Halbuki, Tramp bunun tərsini deyir, Amerika şirkətlərinin zavod və fabriklərini Çinə köçürməsinin Amerikada işsizlik problemini dərinləşdirdiyini bildirirdi.   

Donald Trampın yenidən prezident seçkisində iştirak edəcəyinə dair mülahizələr var. Co Bayden prezident seçkisində məğlub olarsa Ağ Evin yeni sahibi Çinlə iqtisadi əlaqələrə yenidən baxacaq.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)