

Raska bölgəsində fövqəladə vəziyyət elan edildi
İyun ayında son 20 ilin rekord daşqınları müşahidə olunub
Ən çox ziyan Ağcakənd qəsəbəsinə dəyib
Daşqınlar onlarla insanın ölümünə səbəb olub
Avqust ayında baş verən Harvey qasırğası bir çox Texas sakinini evindən didərgin salıb
Böyük xərcə düşmək istəməyən sürücülərə tövsiyələr
Avtomobili sudan necə mühafizə etmək olar?
Texas suyun altında qalıb, çərşənbə və cümə axşamı dəhşətli leysan gözlənilir
Ən azı 12 nəfər həlak olub, onlarla insan itkin düşüb
Sürüşmə nəticəsində 24 körpünü dağılıb
5 ildən çox sürülən avtomobilin altındakı rezin kipkəclər yoxlanılmalıdır
500-dən çox avtomobil yolda qalıb
Kəndlilər qan ağlayır, nazirlik deyir qorxusu yoxdur
Mundialda uduzmağı faciə hesab edənlər təbii fəlakətlə qarşılaşdı
Çexiyada ən azı 2 nəfər, Avstriyada isə bir nəfər daşqınların qurbanı olub
Yeni araşdırmaların nəticələri göstərib ki, dünyada 1,8 milyarddan çox insan güclü daşqınlar riski altındadır. Onların əksəriyyəti Asiyanın aşağı və orta gəlirli ölkələrində və hər 10 nəfərdən dördü yoxsulluq içərisində yaşayır.
Bu rəqəm əvvəlki təxminlərdən əhəmiyyətli dərəcədə yüksəkdir. Risk əsasən daşqınlara ən az tab gətirə bilənlər arasındadır.
“Mən bunun həqiqətən qiymətli bir məlumat olduğunu düşünürəm. Çünki yoxsulluq və daşqın riski arasındakı bu əlaqə bir növ diqqətdən kənarda qalıb”, – deyə tədqiqatda iştirak etməyən Almaniya Geo-Elmlər Tədqiqat Mərkəzindən Bruno Mertz bildirib.
Daşqın riskinin qiymətləndirilməsi adətən pul baxımından nəzərə alınır və bu, daha çox sərvətin təhlükə altında olduğu zəngin ölkələrdə ən yüksək göstəricidir. Yeni araşdırma diqqəti daşqınlarla yoxsulluğun üst-üstə düşməsinə yetirib.
“Nature Communications” jurnalında dərc edilən tədqiqat özündə qlobal daşqın riski ilə əhalinin sıxlığı və yoxsulluğun bağlı məlumatları birləşdirib. Tədqiqatda diqqət orta hesabla ən azı 100 ildə bir dəfə 15 santimetr və ya daha dərin olan daşqınların baş verdiyi yerlərə yetirib.
Araşdırma nəticəsində məlum olub ki, güclü daşqın riski altında olan insanların təxminən 90%-i zəngin ölkələrdə deyil, yoxsul ölkələrdə yaşayır. Daşqınlara məruz qalan 780 milyondan çox insan gündə 5,50 dollardan az pulla yaşayır.