
Kim Çen Inın ailə tarixində gizli detal
Şimali Koreya liderinin babası Yaponiyadan qaçaqmalçılığa görə deportasiya edilib?
Şimali Koreya liderinin babası Yaponiyadan qaçaqmalçılığa görə deportasiya edilib?
Naməlum şimali koreyalı saxlanılıb
Minlərlə Şimali Koreyalı şirkətlərə sızıb, ABŞ tədbir görür
Pxenyan dəstəyi üç dəfə artırdı
Tətil kompleksinin açılışını ruslar edəcək
Kim Çen In göz yaşlarını saxlaya bilmədi
ABŞ-da “kompüter fermaları” quran fırıldaqçılar pulları Pxenyanın nəzarət etdiyi hesablara köçürüb
ABŞ Şimali Koreyanın nüvə silahlarını da hədəfə ala bilərmi?
ABŞ-ın İrana zərbə endirməsi Şimali Koreyanın nüvə siyasətinə necə təsir edəcək?
Rusiyanın yay planı kəşfiyyat hesabatlarında
Kim Çen Inın həyat yoldaşı lüks aksesuarı ilə görüntülənib
Şimala dəniz yolu ilə düyü və İncil göndərmək istəyiblər
Şimali Koreyada nəhəng silah bazası tikilir
Şimali Koreya lideri müasir döyüş raketlərinin istehsalını artırmağa çağırıb
ABŞ-da qanunsuz yaşayan çinli qaçaqmalçılıq yolu ilə sursat və texnika apardığını etiraf edib
Dünyanın ən uzun qatar səyahəti yenidən başlayır
ABŞ və Cənubi Koreyanın müdafiə liderləri Pxenyana xəbərdarlıq edib ki, Şimali Koreya lideri Kim Çen Inın nüvə silahından istifadə etməsi onun rejiminin “sonu” olacaq.
“ABŞ Müdafiə naziri Lloyd Ostin və mən təsdiq etdik ki, KXDR tərəfindən istənilən nüvə hücumu, o cümlədən taktiki nüvə silahından istifadə qəbuledilməzdir və ittifaqın böyük və qətiyyətli cavabı ilə Kim Çen In rejiminin sonu ilə nəticələnəcək”, – deyə Cənubi Koreyanın milli müdafiə naziri Li Çen Sup cümə axşamı Pentaqonda jurnalistlərə bildirib.
Həmrəylik nümayişi olaraq iki müdafiə lideri də davam edən birgə hərbi təlimi “Vigilant Storm”un sona çatacağı cümə günündən sonra uzatdıqlarını açıqlayıb.
“Mən nazir Li ilə məsləhətləşdim və hazırlığımızı və qarşılıqlı fəaliyyət qabiliyyətimizi daha da gücləndirmək üçün uzun müddətdir planlaşdırılan birləşmiş təlimimiz olan “Vigilant Storm”u (“Vigilant Fırtınası”) uzatmaq qərarına gəldik”, – deyə Ostin birgə mətbuat konfransı zamanı bildirib.
Təlimdə minlərlə ABŞ və Cənubi Koreya əsgəri ilə birlikdə 240-a yaxın təyyarə iştirak edib.
Pentaqonun sözçüsü, polkovnik-leytenant Martin Mayners Amerikanın Səsinə hava təliminin şənbə gününə qədər uzadılacağını deyib.
“Biz Koreya yarımadasındakı hər hansı əlavə dəyişiklik və təhlükəsizlik mühiti ilə bağlı Cənubi Koreya müttəfiqimizlə sıx koordinasiyada qalırıq. Koreya yarımadasının müdafiəsinə olan öhdəliyimiz möhkəmdir”, – Mayners deyib.
Şimali Koreya cümə axşamı qitələrarası ballistik raket (ICBM) daxil olmaqla, altı raket ataraq, misli görünməmiş raket buraxılış sürətini davam etdirib. O, bir gün əvvəl 20-dən çox raket atıb.
Cənubi Koreya hökumətindəki mənbə CNN-ə bildirib ki, cümə axşamı ICBM-in buraxılışı uğursuz olub. Amerikanın Səsi bu xəbəri müstəqil şəkildə təsdiqləyə bilməyib.
Şimali Koreya lideri “Vigilant Storm”un müddətinin uzadılması qərarını “dəhşətli səhv” adlandırıb.
“Onların etdikləri əslində Kim Çen Ina strategiyasının uğursuz olduğunu göstərməkdir. Bununla belə, ironik olaraq, onun uğursuz strategiyası onu daha da çarəsiz hala salır”, – deyə, Yaponiya və Cənubi Koreyada məskunlaşmış Demokratiyaları Müdafiə Fondunun analitiki, ordu veteranı Devid Maksvell bildirib.
Cənubi Koreya və ABŞ rəsmiləri aylardır xəbərdarlıq edib ki, Şimali Koreya 2006-cı ildən bəri yeddinci və 2017-ci ildən bu yana ilk nüvə sınağına hazırlığın son mərhələsindədir.
ABŞ-ın yarımadadakı siyasətini tənqid edənlər bildirib ki, Şimali Koreyanın nüvə təxribatları və son raket buraxılışları ABŞ və Cənubi Koreyanın hərbi qüvvələrinin Pxenyanın Seula hücum cəhdinə mane ola bilməyəcəyinə işarə ola bilər.