
Qitələrarası nümayiş
Şimali Koreya motoru işə saldı
Şimali Koreya motoru işə saldı
Modern silahlar ilk dəfə təqdim edildi
zirehli qatarla ...
Ukrayna müharibəsində ölən Şimali Koreya əsgərlərinin sayı açıqlandı
Kim Çen In Putinə qoşularaq Çinə gedir
Şimali Koreyada saxta “Starbucks” və İKEA meydana gəlib
ABŞ və Şimali Koreya razılığa gəlib
Şimali Koreya sərhədində insident: “Əsgərlərimizə atəş açıldı”
Şimali Koreyanın sirr kimi saxladığı hərbi baza
Kim Çen In Rusiyada döyüşən əsgərlərlə görüşdü
Şimali Koreyalı keçmiş əsgərin son arzusu
Şimali Koreyalı hakerlərin məlumatları sızdırıldı
Rusiya Prezidenti Tramp ilə keçirəcəyi zirvə barədə məlumat verdi
Şimali Koreyalı işçilərdən Rusiya etirafı
Şimali Koreyadan illər sonra ilk sülh addımı
Daha bir Şimali Koreyalı cənuba keçdi
ABŞ və Cənubi Koreya həftənin əvvəlində Pxenyanın raket atışlarına cavab olaraq hərbi təlimləri əlavə bir gün də uzatdıqları zaman, Şimali Koreya şənbə günü dörd qısamənzilli ballistik raket atıb.
Cənubi Koreyanın Müdafiə Nazirliyi raketlərin qərb dənizi üzərində təxminən 130 kilometr uçduğunu və 20 kilometr yüksəkliyə çatdığını bildirib.
Şimali Koreya çərşənbə günündən bəri 30 raket atıb ki, onlardan bəziləri Cənubi Koreya və Yaponiyada hava hücumu və təcili sığınacaqla bağlı xəbərdarlıqlara səbəb olub.
Koreya yarımadasında gərginlik artmaqda davam etdiyi bir vaxt, Cənubi Koreya sərhəd yaxınlığında Şimali Koreyanın 180 hərbi təyyarəsini aşkar etdikdən sonra cümə günü səmaya qırıcı təyyarələrini buraxıb.
Şənbə günü ABŞ-Cənubi Koreya hava təlimlərində ABŞ-ın iki B-1B strateji bombardmançı təyyarəsi iştirak edib.
Birləşmiş Ştatlar, Britaniya, Albaniya, Fransa, İrlandiya və Norveçin tələbi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Şimali Koreyanın raket buraxılışlarını müzakirə etmək üçün cümə günü bir araya gəlib.
Hindistan, Braziliya və Meksikanın daxil olduğu Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvünün birgə bəyanatında Şimali Koreyanın raket buraxılışları pislənib.
ABŞ-ın BMT-dəki səfiri Linda Tomas Qrinfild Şimali Koreyanın bu il atdığı 59 ballistik raketi “dəhşətli” adlandırıb.
O, Şimali Koreyanın qadağan olunmuş davranışına görə, 15 ölkənin daxil olduğu Təhlükəsizlik Şurasının heç bir bəyanat vermədiyini və ya sanksiyaları gücləndirmədiyini nəzərə alaraq, “Şuranın bu məsələdə səssizliyi eyni dərəcədə dəhşətlidir” deyib.
Buna Çin və Rusiyanın müqaviməti səbəb olub. Çin hətta Pxenyana qarşı sanksiyaları yumşaltmağa çağırıb. Tomas Qrinfild deyib ki, hər iki ölkə Koreya yarımadasında gərginliyin artmasına səbəb kimi ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərini göstərib.