vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
20:17 | 7 noyabr 2022 | Bazar ertəsi Məqaləyə 1324 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hansı adlar ləğv olunacaq?

Etiketləmə tələblərində yeni qaydalar

MÖVZU İLƏ ƏLAQƏLİ

Qida məhsullarının etiket məlumatları ilə bağlı tələblər dəyişir. Adı, tərkibi, miqdarı, istehsal tarixi, son istifadə tarixi, saxlanma şərtləri, qida dəyəri göstəriciləri qida etiketi hesab olunur. Qida etiketi isə qida məhsulunun “şəxsiyyət vəsiqəsi”dir.

Bəzi istehsalçılar bizim diqqətsizliyimizdən faydalanaraq, məhsulun tərkibini oxunmaz, kiçik şriftlərlə yazır. Eyni zamanda konservantlar, qida boyaları və əlavələri haqqında məlumat vermir, rəngarəng reklam şəkillərinə yer verərək bir növ istehlakçıların diqqətini yayındırmağı bacarırlar.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında ictimai şuranın üzvü Eyyub Hüseynov hesab edir ki, qida məhsullarını seçərkən etiket məlumatlarının oxunması və işarələrə diqqət yetirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu həmçinin yanvarın 1-dən qüvvədə olacaq  “Qida təhlükəsizliyi haqqında” qanunda etiketləmə tələblərinə dair yeni qaydalarda da öz əksini tapıb.

Yeni qanun istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədi daşıyır. Eyni zamanda, yeni qanuna əsasən, qida məhsullarına “müalicəvi”, “pəhriz” kimi adların verilməsi ləğv ediləcək.

Yeni tələblərlə hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməsi və ya bu cür təəssürat yaradan ifadələrin qeyd edilməsi qanunla qadağan edilir.