vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
17:51 | 18 noyabr 2022 | Cümə Məqaləyə 1377 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ronaldonun yanlışı

... və “Mançester Yunayted”i bitirən müsahibə

Kənan MƏSTƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ronaldonun müsahibəsini tam izlədim. Adam çox, çox böyük eqodu. Təbii ki, dilinə görə dilçəyi də var. Hətta bu yaşda, formasının bu çox da yaxşı olmayan vaxtında belə.

Hamı səhv edir. Ronaldo da bu müsahibəni verməyə, belə danışmaya bilərdi. Məncə, danışmamalı idi də. Ancaq olanlar olub və bu artıq baş verib. Səhvdir, ancaq səhv təkcə ondan deyil. Sən Kriştano Ronaldonu transfer edirsənsə, maksimum, ekstermal dərəcədə maksimum diqqətli olmalısan. Kim olursan-ol. Lap “Mançester Yunayted”, lap digər klub.

Heç bir oyunçu klubdan böyük deyil. Ancaq vəziyyət bu dərəcəyə gələndə, gətiriləndə durum dəyişir. Hazırda Ronaldo MY-dən böyükdür və bu, qarşıdakı azı 15-20 gün davam edəcək. Sonra hər şey öz relsinə düşəcək.

MY rəhbərliyi bu prosesi idarə edə bilmədi, ciddi, planetar səviyyəli idarəçilik qüsuruna yol verdi. Arada ser Aleksin sözü də getdi, camiənin digər nümayəndələrinin də. Bəli, hamı Ronaldonu qınayır, qınayacaq da. Ancaq kluba olan münasibət artıq birmənalı deyil. Bu komandanın yaxın illərdə böyük ulduzlar transfer edə biləcəyinə, ən üst səviyyəyə qayıdacağına mən də inanmıram, bu müsahibədən sonra digər xeyli adam da inanmayacaq.

Qətərdə Ronaldoya çox ciddi azarkeşlik edəcəm.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)