Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
07:12 | 18 noyabr 2022 | Cümə
Məqaləyə 905 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynada döyüş aparan Rusiya Silahlı Qüvvələrində demək olar ki, iki tirəlik yaranıb. Rusiya Müdafiə Nazirliyinin tabeçiliyində olan bölmələrlə Putinə ən yaxın adamlardan hesab olunan “Vaqner” özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin “Vaqner” muzdlu ordusu və Ramzan Kadırovun rəhbərlik etdiyi bölmələr arasında ciddi problemlər var.
“Nizami orduya rəhbərlik edən generallarla aşpazlıqdan gəlib muzdlu ordu yaradan Priqojinin və hərbi savadı olmayan Ramzanın fikirləri üst-üstə düşmür.
Bunu Ramzanın şəxsi teleqram kanalında yazdığı yazıdan da görmək olar. Kadırov yazısında Rusiya Silahlı Qüvvələrin yüksək komandanlığın açıq şəkildə səriştəzislikdə, qorxaqlıqda, ali baş komandanı aldatmaq ittiham edir.
Kadırov yazır: “Həmişə demişəm: səslənən həqiqətdən acı, təhqiredici olsa da, həqiqətdən başqa heç nə yoxdur. Bu irəliləməyin yeganə yoludur. Ona görə də Krasnı Limanda baş verənlərə səssiz qala bilmərəm.
Bu bölgənin müdafiəsinə Mərkəzi Hərbi Dairənin komandiri, general-polkovnik Aleksandr Lapin rəhbərlik edirdi. Lisiçanskın tutulması üçün Rusiya Qəhrəmanı ulduzunu alan eyni Lapin. Hansı ki, elə o zaman da faktiki olaraq orada yox idi... Bundan sonra ona Qərb Hərbi Dairəsinin qoşunlarının komandanlığı verildi.
General-polkovnik Liman istiqamətinin bütün sərhədlərində LXR və digər bölmələrdən səfərbər edilmiş döyüşçüləri yerləşdirdi, lakin onları lazımi rabitə, qarşılıqlı əlaqə və sursatla təmin etmədi.
İki həftə əvvəl “Axmat” Xüsusi Təyinatlı Qüvvələrinin general-mayoru, əziz qardaşım Aptı Alaudinov şəxsən mənə bildirdi ki, döyüşçülərimiz asan hədəfə çevrilə bilər. Mən də öz növbəmdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimova təhlükə barədə məlumat verdim. Amma general məni əmin etdi ki, o, Lapinin liderlik istedadına şübhə etmir və “Krasnı Liman”da və onun ətrafında geri çəkilməyin mümkün olduğuna inanmır.
Bir həftə sonra Lapin qərargahını tabeçiliyindən yüz kilometr aralı olan Starobelskə köçürdü, özü də Luqanskda oturdu. 150 km məsafədə olan bölmələri necə operativ idarə edə bilərsiniz? Elementar hərbi maddi-texniki təchizat olmadığından bu gün biz bir neçə yaşayış məntəqəsini və böyük bir ərazini tərk etmişik.
Məsələ Lapinin yaramaz olmasında deyil. Məsələ bu ayıbın Baş Qərargahdakı liderlər tərəfindən ört-basdır edilməsindədir. Mənim əlimdə olsaydı, Lapini sıravi rütbəyə endirər, mükafatlarından məhrum edərdim və ayıbımı qanla yumaq üçün əlində pulemyotla cəbhəyə göndərərdim.
Orduda qohumbazlıq yaxşı yerə aparmayacaq. Orduya güclü xarakterli, cəsur, prinsipial, döyüşçünün qayğısına qalan, əsgərinin qədrini bilən, tabeliyində olanın köməksiz, dəstəksiz qala bilməyəcəyini bilən insanları təyin etmək lazımdır. Xüsusən də çətin vaxtlarda orduda qohumbazlığa yer yoxdur.
Bizə İzyum yetmədimi?”.
Baxmut istiqamətində son aylar rus ordusunun kütləvi itkiləri Priqojin və Ramzanın şəxsi ambisialarına görədir.
Nəhəng bir dövlət ordu rəhbərliyinə ümidini itirərək, iki nəfər lotunun şəxsi ambisiyalarına görə Baxmutda saysız – hesabsız itkilər verməyə davam edir.
Bu iki şəxs Baxmutu işğal edib Putinə hədiyyə etmək istəyirlər.
Bununla belə Bahmutun işğalı ilə “Vaqner” rəhbəri Priqoji və Ramzan Putinə ordunun hücum əməliyyatlarına qadir olmadığını, ancaq “Vagner” qrupunun və Kadırovun ordusunun bu işlərin öhdəsindın gələ bildiyini sübut edərək, hakimiyyətdə öz nüfuzlarını daha da artırmasıdan irəli gəlir.
Baxmut istiqamətində döyüş əməliyyatlarında əsasən “Vaqner” qrupunun, həbsdən azad edilən dustaqlar, seçilmiş döyüş qabiliyyətli səfərbərlik ehtiyyatları və Ramzanın Çeçenistandan göndərdiyi bölmələr fəaliyyət göstərir..
Hərbi ekspertlərin analizinə görə şəhərin işğalının hərbi yöndən artıq elə də çox əhəmiyyətinin qalmadığını, Limanın azad olunmasından sonra Baxmud istiqamətində hücumun əhəmiyyətinin itirdiyini, şəhər işğal olunsa belə, cinahlara görə hücumun sonrakı inkişafı mümkün olmayacaq.
Hal - hazırda şəhər Ukrayna Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.Şəhərin dayanıqlı müdafiəsi yüksək səviyyədə təşkil olunub. Hətta ruslar şəhərə girməyə qismən nail olsa belə, şəhərdən keçən təbii əngəl – Baxmutka çayını rusların asanlıqla keçməsi mümkünsüz olacaq.
Şəhər uğrunda döyüşlərdə Rus qruplaşmasının hücum tempi günə 100-200 metr, bəzən də heç bir irəliləyişin olmaması müşahidə edilir.
Oktyabrın 20-də Ukrayna ordusu uğurlu əks-hücumla düşməni şəhərin cənub-şərq hissəsindən 2 km geri atmaqla , asfalt zavoduna nəzarəti ələ keçirməyi bacarmışdı.