Ermənistana Ukrayna misalı
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
00:51 | 18 noyabr 2022 | Cümə
Məqaləyə 864 dəfə baxılıb
Şriftin ölçüsü
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
Malayziya Hava Yollarına məxsus MH17 reysi 2014-cü ildə Ukraynanın şərqindəki bir sahədən atılan Rusiya istehsalı olan raketlə vurulub. Bunu təyyarənin vurulması ilə bağlı 4 şübhəlinin mühakiməsinə baxan Niderland məhkəməsi cümə axşamı bildirib.
“Məhkəmə MH17-nin Pervomaysk yaxınlığındakı ferma sahəsindən BUK raketinin atılması nəticəsində vurulduğu, nəticədə 283 sərnişin və 15 ekipaj üzvünün hamısının həlak olduğu qənaətindədir” - deyə, hakim Hendrik Stinhuis deyib.
Məhkəmənin qərarı ilə iki rus və bir moskvayönlü ukraynalı separatçı qiyabi olaraq təqsirli bilinib və onlara ömürlük həbs cəzası verilib. Bir rusiyalıya dəlil olmadığı üçün bəraət qazandırılıb.
“Məhkəmə sübut olunmuş ittihamları o qədər ağır adlandırır ki, yalnız mümkün olan ən yüksək həbs cəzasının məqsədəuyğun olacağı qənaətindədir”, – Stinhuis deyib.
Qərar Amsterdamdan Kuala-Lumpura uçan “Boeing 777” təyyarəsinin Ukrayna səmasında vurulması nəticəsində 298 sərnişin və ekipaj üzvünün hamısının həlak olmasından səkkiz ildən çox müddət sonra çıxarılıb.
2014-cü il iyulun 17-də havada partlayış və qəza rusiyayönlü üsyançılarla Ukrayna qüvvələri arasında münaqişə zamanı baş verib.
Stinhuis deyib ki, məhkəmə Ukraynanın şərqindəki separatçı qüvvələrin zamanında Rusiyanın ümumi nəzarətə malik olduğuna inanır. Qəza nəticəsində dağıntılar və cəsədlər əkin və günəbaxan sahələrinə səpələnib.
Ukrayna prezidentinin müşaviri Mixail Podolyak “Reuters” agentliyinə bildirib ki, qərar “rusların törətdiyi hər bir hərbi cinayətin sənədləşdiriləcəyi, araşdırılacağı və nə qədər vaxt aparmasından asılı olmayaraq nəticəyə çatdırılacağına” dair güclü siqnaldır.
Moskva dəfələrlə MH17 təyyarəsinin vurulmasına görə məsuliyyəti rədd edib.
Rusiya Xarici İşlər Nazirliyi noyabrın 17-də Niderland məhkəməsinin rəyini “tədqiq edəcəyini” bildirib.
Moskvada keçirdiyi brifinqdə Xarici İşlər Nazirliyinin sözçünün müavini İvan Neçayev jurnalistlərə deyib: “Biz bu qərarı öyrənəcəyik, çünki bütün bu məsələlərdə hər bir nüans vacibdir. Hüquqi sənədi öyrəndikdən sonra yəqin ki, şərh verməyə hazır olacağıq”.