vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
ENERGETİKA  
10:24 | 22 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 792 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Azərenerji” payız-qış mövsümünə hazırdır

Təmir-bərpa və yenidənqurma işləri həyata keçirilib

Vaxt.az

2022-2023-cü ilin payız-qış mövsümünə hazırlıq çərçivəsində “Azərenerji” ASC-nin müəssisələrində müvafiq tədbirlər həyata keçirilib. Ölkənin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, enerjinin istehsalı və ötürülməsi üzrə plan tapşırıqlarının yerinə yetirilməsi, enerji müəssisələrində açılma və imtinaların sayının minimuma endirilməsi qarşıya əsas vəzifə olaraq qoyulub.

Bu məqsədlə enerji müəssisələrində planlı təmir, təmir-bərpa və yenidənqurma işləri həyata keçirilib. Lazımi yanacaq ehtiyatı tədarük edilib. Bundan başqa, əsas və köməkçi avadanlıqların təmiri təyin edilmiş normalara uyğun keyfiyyətlə yerinə yetirilib. Elektrik stansiyalarında texniki göstəricilərin yaxşılaşdırılması üzrə mühüm tədbirlər görülüb.

Yerinə yetirilmiş təmir işləri qiymətləndirildikdən sonra “Azərenerji” ASC-də yaradılmış Aidiyyəti Tədbirlər Planının yerinə yetirilməsi üzrə Komissiya tərəfindən müəssisələrə 2022-2023-cü ilin payız-qış mövsümünə “Hazırlıq Pasportu”nun verilməsi qərara alınıb.