vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
14:43 | 30 noyabr 2022 | Çərşənbə Məqaləyə 702 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

QR kodla idarə edilən cəmiyyət

Rusiyada təhkimçilik hüququ bərpa oluna bilər

D.ƏHMƏDLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyada yaşayan insanların bu ölkəni tərk etmələri gündən-günə daha da çətinləşir. Bu, istəyir Rusiya vətəndaşları olsun, istərsə də bu ölkədə yaşayan və işləyən, amma vətəndaş olmayan əcnəbilər. Görünən isə odur ki, bu vəziyyət növbəti ildə daha da ağırlaşacaq. Odur ki, əgər kiminsə yaxını, qohumu, tanışı Rusiyadadırsa, onlara çağırış etsinlər ki, imkan daxilində qısa müddətə bu ölkəni tərk etsinlər. Sonra gec ola bilər.

Məsələ ondadır ki, son zamanlar Rusiya prezidenti Vladimir Putin yaxın çevrəsindən olan insanlarla Rusiyada təkcə ümumi səfərbərliyin deyil, həm də hərbi vəziyyətin tətbiqini fəal şəkildə müzakirə edir. Söhbət hərbi vəziyyətin tətbiqi faktının özündən deyil, burada prezident iddia edir ki, o, bu tədbirin zəruriliyinə əmindir, mümkün formatlar, müddətlər və ərazi əhatə dairəsindən gedir. Digərləri sırasında hərbi vəziyyətin hibrid variantına – “Çin tipli rəqəmsal konsentrasiya düşərgəsi”nə də baxılır, o zaman hərbi vəziyyətin tətbiqi ilə yanaşı, bütün Rusiya vətəndaşlarına rəngli QR kodları veriləcək: qırmızı rəngli QR – bir insanın yaşadığı ərazini tərk etmə qadağası, sarı – Rusiya Federasiyasının hər hansı subyektini tərk etməyə qadağa, yaşıl – ölkədən çıxma qadağa anlamını verəcək.

Yaşıl QR kodun hüquq-mühafizə orqanlarının, prokurorluğun, məhkəmə sisteminin bəzi nümayəndələrinə və xüsusilə də, sadiq federal məmurlara, müstəsna olaraq Vahid Rusiya partiyasının nümayəndələrinə veriləcəyi gözlənilir. Sarı QR kodu qalan təhlükəsizlik qüvvələri, vəzifəli şəxslər, qəza-xilasetmə hallarına müdaxilə edənlər, infrastruktur obyektlərinin saxlanılması ilə məşğul olan şəxslər alacaqlar. Rusiya əhalisinin 87 faizinin isə qırmızı QR kodu olacaq. Daimi yaşayış yerindən kənarda işləyən vətəndaşlar üçün əvvəlcədən müraciət əsasında QR kodunun rəngi iş vaxtı və istirahət günləri nəzərə alınmaqla dəyişdiriləcək. Ölkəyə tam nəzarət KQB-nin sovet “məktəbi”nin təhlükəsizlik qüvvələrinin nümayəndələrinin çoxdankı ideyasıdır. Putin çoxdan belə bir şeyi təcəssüm etdirmək istəyirdi, amma heç bir səbəb yox idi. Bu ideya Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev tərəfindən hərarətlə dəstəklənib. Bu layihənin həyata keçirilməsi üçün prezidentə bildirildiyi kimi, 2023-cü ilin yanvar ayının sonuna qədər hər şey hazır olacaq. Dar bir dairədə Putin bu konsepsiyanı ən çox bəyəndiyini və ölkə üzərində bu cür nəzarəti “xəyal belə edə bilməyən” çinli yoldaşlarına “burnunu ovmaq” üçün gözəl səbəb olacağını söyləyib. Putin ölkəni həbs düşərgəsinə çevirməyə hazırdır, ölkənin buna razı olub-olmayacağı sualı isə açıq qalır.