
İtaliya Alp dağlarında faciəvi yay
100-dən çox insan həlak oldu –iki ciddi səbəb var
100-dən çox insan həlak oldu –iki ciddi səbəb var
Marko Polonun ailəsi gətirmiş ola bilər
Meloninin fotosunu montaj edib intim saytda yayımladılar
İtaliyada qadın siyasətçilərin fotoşəkilləri intim saytına yerləşdirilib
Salvini ilə Makron arasında Ukrayna gərginliyi
İtalyanlar makaron yeyib necə arıq qalırlar?
Ölənlərin sayı 4-ə çatdı
İtaliya nəhəng layihəyə start verdi
15 yaşlı uşaq səhv təyyarəyə minib İtaliyaya uçdu
Erməni lobbisinin mərkəzi sayılan Marsel siyahının başında yer alıb
İtalyanların şərabda bişirdiyi Qazax yeməyi
İngiltərədən olan cütlük “1 avroya ev” aldı, xərcləri 40 min avronu keçdi
Minlərlə məhbus azadlığa buraxılacaq
Təyyarənin mühərrikinə sovruldu
İtaliya NATO hədəfinə çatmaq üçün hansı strategiyanı izləyəcək?
Milanda asfalt əriyib
Son aylarda dünyada və İtaliyada məşhur sənət əsərlərini və sərgiləri hədəfə alan iqlim fəalları bu gecə mövsümü açacaq İtaliyanın Milan şəhərindəki dünyaca məşhur “La Scala” Operasında öz etirazlarını həyata keçiriblər.
“Son Nəsil” (Ultima Generazione) kimi tanınan bir qrup fəalın səhər saatlarında opera binasının qarşısına müxtəlif rəngli boyalar ataraq binanın panelləri və qapılarını zədələdiyi görülüb.
Bəzi fəallar opera teatrında “Son nəsil: qaz yox, kömür yoxdur” yazmışdılar.
Milan şəhərinin bağlı olduğu Lombardiya Regional Hökumətinin rəhbəri Attilio Fontana iqlim fəallarının hərəkətini “axmaq və məntiqsiz” adlandırıb.
Atirazçılar Milanda amerikalı rəssam Endi Uorholun sərgisində olan avtomobilə 8 kiloqram un tökərək, Hollandiyalı rəssam Vinsent Van Qoqun Norveçin paytaxtı Romada sərgilənən “Əkinçi” tablosuna tərəvəz püresi atıblar. Hollandiyada Edvard Munkun “Fəryad”, Johannes Vermeerin “Mirvari sırğalı qız”, Almaniyada fransız rəssamı Klod Monenin “Les Mueles” (Ot tayaları), İspaniyada ispan rəssamı Fransisko de Qoyanın “La maja desnuda” (Çılpaq Maya) və “La maja vestida” (Geyimli Maya) rəsmlərinə qarşı oxşar davranış sərgiləmişdilər.
Digər tərəfdən, mətbuatda prezident Sergio Mattarella, Baş nazir Giorgia Meloni və Avropa İttifaqı (Aİ) Komissiyası Ursula von der Leyenin “La Scala” Operasında mövsümü açacaq qala gecəsinə qatılacağı bildirilib. Rus bəstəkarı Modest Musorqskinin bəstəsi “Boris Qodunov” operasından əvvəl binadan kənarda hökumətə qarşı etirazların keçirilməsi gözlənilir.