Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
08:16 | 8 dekabr 2022 | Cümə axşamı
Məqaləyə 1122 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Ukrayna hərbçiləri Moskvanın ölkənin enerji infrastrukturuna hücumlarına cavab verir. Rusiyanın Kursk şəhərində baş verən partlayışın bölgədəki aviabazaya yönəldiyi təsdiqlənib. Belə ki, həftənin əvvəlində Rusiya sərhədləri daxilində iki hərbi bazaya edilən hücumlardan sonra üçüncü hərbi hava bazası da pilotsuz uçuş aparatları ilə vurulub.
Bu vəziyyət Rusiyada həm böyük diskomfort, həm də yeni mübahisə yaradıb. Ukrayna hücumlara görə məsuliyyəti üzərinə götürməsə də, təxminlər belədir. Hücumların hansı silahlarla həyata keçirildiyi müzakirə mövzusudur. Rusiyadan verilən açıqlamalardan sonra açıqlama verən ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin Ukraynaya özünü müdafiə edə bilməsi üçün silah və sursat verməyə davam edəcəyini, ancaq Ukraynanı Rusiya sərhədləri daxilində hücuma təşviq etmədiklərini və dəstəkləmədiklərini bildirib. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə Rusiya ərazisinə pilotsuz uçuş aparatının (PUA) hücumlarına işarə edərək, Blinkenin dediklərinə oxşar açıqlamalar verib. Prays Ukraynanın Rusiya ərazisini vurmasının qarşısını almaq üçün Ukraynaya göndərilən HIMARS çoxxassəli reaktiv yaylım atəş sistemlərində dəyişikliklər edilməsi xəbərini şərh etməyib.
Ukrayna qüvvələri Rusiyanın işğal etdiyi və sonra geri çəkildiyi Xarkov vilayətində rusların işğal zamanı istifadə etdiyi sursatları toplayıb. Mütəxəssislər bu sursatları araşdırmağa başlayıblar.