Kadırov ABŞ-ın radarında
“The New York Times” Çeçenistan liderinin idmançılarla əlaqələrini araşdırır
FATEH
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Atıcılıqla döyüş meydanında atəş açmaq eyni deyil”
Putin Ukraynada döyüşməyə hazırlaşan çeçen qoşunlarını yoxlayıb
-
... Putin Çeçenistana gedib
2011-ci ildən bəri ilk dəfə ...
-
Rusiya Bakıda verdiyi sözü 3 gün sonra pozdu
Qarabağda müharibə başlayır?
-
Putinin ciddi problemləri
Postsovet məkanındakı canlanma nələrə işarədir?
-
Üç Vladimirin davası
Doğrudanmı Zelenskinin bu qələbəsi də təsadüfdür?...
-
İldırımsürətli savaş planı
Türkiyədəki azərbaycanlı politoloqdan sensasion təklif: “Ermənistan, faktiki, müttəfiqsiz qalıb...”
-
“Böyük biabırçılıqdır”
Rusiyadan Putinin “Rustavi 2” telekanalında təhqir edilməsinə reaksiya
-
Müraciətin gücü
Saakaşvilinin çağırışı gürcü polisini hərəkətləndirdi
-
“Azərbaycana verməyə hazırlaşmırıq”
Çavuşoğludan “S-400” açıqlaması ...
-
ABŞ-da məhşər günü
Tramp Putinə işləyir, ya yox?
-
Separatizmə dəstəyə yox!
Rusiya Azərbaycanla hansı sazişi imzalamaqdan çəkinir?
-
Sirli qətl
Yaxud Rusiyada düyünə dönən cinayətlər ...
-
Krımın işğalı nələri dəyişdi?
Rusiyanın siyasətində separatizmə dəstəyin davam edəcəyi sübut olundu
-
“Başdan-ayağa şüar yığını”
Rusiya ekspertləri Vladimir Putinin 2019-cu il ismarıcını analiz edirlər
-
“Məişət zəminində yaşanan hər hansı insident...”
Əli Həsənov azərbaycanlılarla çeçenlərin davası haqda ...
-
Boltonun zəngi...
Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünümü yaxınlaşdırır?
ABŞ-ın aparıcı qəzetlərindən biri olan “The New York Times” (NYT) Rusiya prezidenti Vladimir Putinin tanınmış tərəfdarlarından olan Kadırovla bağlı maraqlı araşdırma aparıb. Qəzet Çeçenistan rəhbərinin təbliğatını gücləndirməyə çalışdığını iddia edib. R.Kadırov Las Veqasda yerləşən “Ultimate Fighting Championship” (UFC – Qaydasız Döyüş Çempionatı) döyüşçüləri ilə əlaqələri ABŞ mətbuatnın diqqətini çəkib.
Xəbərdə dekabrın 10-da keçirilən UFC 282 matçında polşalı Yan Blaxoviçlə döyüşən rusiyalı Maqomed Ankalayevin Çeçenistan liderinin qurduğu peşəkar döyüş hazırlığı mərkəzində Əhməd Döyüş Klubunda (ƏDK) məşq etdiyi qeyd edilib.
Həmçinin xatırladılır ki, UFC-nin keçmiş yarımorta çəki çempionu Kamaru Usman, yüngül çəki üzrə çempion Henri Sexudo və Castin Qeyci ötən ay Kadırovu ziyarət ediblər.
Nigeriya əsilli amerikalı döyüşçü Usman və amerikalı Sexudo və Qeycinin Çeçenistandakı Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetində silah sınaqdan keçirməsinin fotoları mediada yayılıb.
Həmçinin Ukrayna müharibəsində iştirak edən Rusiya xüsusi təyinatlılarının da həmin universitetdə təlim keçdiyi bildirilib.
UFC döyüşçüsü Həmzət Çimayev oktyabrda “İnstagram” hesabında Kadırovun 14 yaşlı oğlu Əli Kadırovun fotolarını da paylaşıb.
Castin Qeyci “Twitter”də verdiyi açıqlamada, Çeçenistan lideri ilə təkbətək görüşmədiyini iddia edərkən, noyabr ayında Əli Kadırovun ad gününə qatıldığını təsdiqləyib.
Usman, Qeyci, Sexudo, Ankalaev və Çimayevin menecerləri NYT-nin şərh sorğusuna cavab verməyiblər.
Qeyd edək ki, ABŞ sentyabrda Kadırova Ukrayna müharibəsini dəstəklədiyinə və Putinə yaxınlığına görə sanksiyalar tətbiq edib.
Çeçenistan lideri ilk dəfə 2017-ci ildə insan haqlarının pozulması, adam oğurluğu, məhkəməsiz qətllər və işgəncə iddialarına görə ABŞ tərəfindən sanksiya siyahısına salınıb.
Bu sanksiyalara baxmayaraq, Kadırovla UFC döyüşçüləri arasındakı əlaqələr ABŞ administrasiyasının da diqqətini çəkib.
“Departament Kadırovun UFC döyüşçüləri ilə əlaqələrindən xəbərdardır”, – Dövlət Departamentinin naməlum rəsmisi NYT-yə deyib.
NYT bildirib ki, nazirlik əvvəllər Kadırovun döyüş idmanı ilə məşğul olan şəxslər və təşkilatlarla münasibətlərini qiymətləndirib, lakin bu, UFC-nin birbaşa qeyd olunduğu ilk bəyanatdır.
UFC iddia edir ki, Kadırov və ya onunla əlaqəsi olan heç kəslə əlaqəsi yoxdur.