
Tramp xəta adlandırdı
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Avropa Parlamentində Avropa Komissiyasına qarşı etimadsızlıq təşəbbüsü bu dəfə solçulardan gəldi
Ən uzunömürlülər qitənin qərb hissəsində yaşayır
Polşada həyəcan, uçuşlar dayandırıldı
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Ursula von der Leyenin çıxışı Avropa Parlamenti üzvləri tərəfindən birmənalı qarşılanmadı
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
NATO insidenti hücum kimi dəyərləndirməyib, amma qəsdən törədildiyini düşünür
NATO torpaqlarında Rusiya PUA-ları krizi
Keçmiş mer: “Ən böyük səhvimiz diplomatiyanı yalnız amerikalılara buraxmaqdır”
Sandu: “Bizi Avropa Birliyinə qarşı hibrid hücumlar üçün platformaya çevirmək istəyirlər”
Avropa Birliyi (AB) liderləri tərəfindən birliyinin ali nümayəndəsi vəzifəsinə tövsiyə edilən Estoniyanın baş naziri Kaja Kallas baş nazir vəzifəsindən istefa verib.
Kallas sosial media hesabından verdiyi açıqlamada baş nazirlikdən istefa verdiyini açıqlayıb.
Milli mətbuatda yer alan xəbərə görə, Kallas paytaxt Tallinndə prezident sarayında keçirdiyi qısa toplantıda istefa ərizəsini prezident Alar Karisə təqdim edib.
Kallasın adı AB-nin 27-28 iyun tarixlərində keçirilən sammitində liderlər tərəfindən birliyin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsinə təklif edilib. İyulun 18-də Avropa Parlamentində (AP) Aİ Komissiyasının sədrliyi üçün keçiriləcək səsvermədən sonra Ursula fon der Leyen etimad səsi alarsa, Kallas da AP-nin müvafiq komitəsində səsə qoyulacaq.
Estoniyanın ilk qadın baş naziri olan Kallas 2011-ci ildə liberal İslahat Partiyasının nümayəndəsi kimi parlamentə daxil olub. Kallas 2014-2018-ci illər arasında AP-də bu vəzifədə olub.
Kallas 2019-cu ildə ölkəsinə qayıdaraq yenidən parlament üzvü olub və 2021-ci il seçkilərində baş nazir seçilib. Cəmi bir il baş nazir olduğu zaman başlayan Rusiya-Ukrayna müharibəsi Kallasın karyerasında dönüş nöqtəsi oldu.
Müharibədən əvvəl vəzifəyə gəldiyi gündən bəri anti-Rusiya ritorikası ilə seçilən Kallas Avropanın yeni “dəmir xanımı” kimi tanınmağa başlayıb. Qərbə Rusiyanın tələsinə düşməmək və Ukrayna müharibəsi ilə rəsmi Kiyevə qeyd-şərtsiz dəstək vermək barədə xəbərdarlıq edən Kallas Kremlin hədəfinə çevrilib. Rusiya Kallası 2024-cü ilin fevralında axtarışa verib.
Əgər o, AB-nin yeni Ali Nümayəndəsi olarsa, Kallas “bu postu tutan ilk Şərqi Avropa siyasətçisi” olacaq. Kallas AB-nin xarici və təhlükəsizlik siyasətinə cavabdeh olacaq və eyni zamanda AB Komissiyasının vitse-prezidenti vəzifəsini də icra edəcək.