vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
ELM-TEXNİKA  
17:08 | 22 iyul 2024 | Bazar ertəsi Məqaləyə 314 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Delfinlərdən ilhamlanan kəşf

Bionik dəri ilə bir gəmi 300 ton yanacağa qənaət edəcək, 900 ton az karbon qazı buraxacaq

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Delfinlərdən ilhamlanan alimlər gəmi pərlərinə bərkidilə bilən bionik dəri hazırlayıblar. Çinli tədqiqatçılar deyirlər ki, ixtira böyük bir tankerin ildə 300 ton yanacağa qənaət etməyə imkan verəcək.

Delfinlər suda üzərkən dərilərində əmələ gələn selik yağlanma təmin edir və su axınının kinetik enerjisini minimuma endirir. Eyni zamanda, yüksək sürətlə hərəkət etdikləri zaman dəriləri çox nazik bir turbulentlik təbəqəsi yaradır. Demək olar ki, heç bir sürtünmə yaratmayan təbəqə sayəsində heyvan sözün əsl mənasında suda sürüşür.

Laminar axın adlanan bu mexanizm su və hava nəqliyyatında istifadə olunur. Çindəki Ninqbo Material Texnologiyaları və Mühəndisliyi İnstitutu (NIMTE) gəmiçilik şirkəti “COSCO Shipping Energy Transportation” ilə əməkdaşlıq edərək gəmi pərlərində istifadə üçün oxşar texnologiya hazırlayıb.

Tədqiqatçılar delfinlərdən ilhamlanan yeni bionik dərinin maye kimi dinamikaya malik interfasial materiallardan və 0,1-0,2 millimetr elastik materiallardan ibarət olduğunu bildirirlər.

Gəmilərdə istifadə edilən normal pərlərə bərkidilmiş dəri su ilə pərlər arasında sürtünmə qüvvəsini azaldaraq səmərəliliyi artırır. Su ilə sürtünməsi azalan pərlər daha az enerji sərf edir.

NIMTE-nin açıqlamasında, çox böyük xam neft daşıyıcısı (VLCC) sinifli bir tankerin bionik dəri ilə örtülmüş pərləri ilə 200 gün səyahət edə bilir. Bu müddət ərzində 300 min ton ağırlığında olan gəmi su üzərində 65 min kilometr məsafə qət edir.

Tədqiqatçılar bununla da gəminin yanacağa 2 faiz qənaət etdiyini iddia edirlər. Beləliklə, VLCC-nin ildə 300 ton az yanacaq istifadə edəcəyi gözlənilir.

Alimlər həmçinin bionik dəri ilə örtülmüş pərlərin tək bir gəminin illik karbon qazı emissiyasını 900 ton azaldacağına ümid edirlər.

Pərlərə quraşdırılmasının 20 min dollara başa gəldiyi deyilən yeni texnologiyanın ildə 140 min dollar qənaət təmin edəcəyi də iddia edilir.

NIMTE və “COSCO Shipping Energy Transportation” hazırda ən azı 100 xam neft gəmisinin pərlərini bionik dəri ilə örtməklə iqtisadi və ekoloji fayda təmin etməyi planlaşdırır.