vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ASİYA  
Kimə dərman lazımdır 17:12 | 29 iyul 2024 | Bazar ertəsi Məqaləyə 291 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kimə dərman lazımdır

Şəkərli diabetdən əziyyət çəkən Şimali Koreya başçısı risk qrupundadır

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Şimali Koreya rəhbəri Kim Çen Inın həddən artıq kökəlmə səbəbindən sağlıq problemləri yaranıb. Ölkə rəsmiləri ölkə liderinin “piylənmə ilə bağlı yüksək qan təzyiqi və diabet kimi sağlamlıq problemlərini müalicə etmək üçün xaricdən yeni dərmanlar axtardığını” iddia edib.

Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NIS) rəsmiləri 2021-ci ildə əhəmiyyətli dərəcədə arıqlayan Kimin yenidən kökəlməyə başladığını və səhhətinin pisləşdiyini bildirib.

Kimdə 30 yaşının əvvəlindən yüksək təzyiq və şəkər xəstəliyinin əlamətləri olduğunu bildirən səlahiyyətlilər, hazırda təxminən 140 kiloqram ağırlığında olan Şimali Koreya liderinin bəzi xəstəliklər üçün yüksək risk qrupunda olduğunu iddia ediblər.

Cənublular Kim üçün xaricdən yüksək təzyiq və diabetə qarşı dərmanlar almağa çalışdıqlarına dair kəşfiyyat məlumatı aldıqlarını bildiriblər.

2011-ci ildə hakimiyyətə gələn Kimin atası və babası ürək problemlərindən dünyasını dəyişib.