
İtaliya Alp dağlarında faciəvi yay
100-dən çox insan həlak oldu –iki ciddi səbəb var
100-dən çox insan həlak oldu –iki ciddi səbəb var
Marko Polonun ailəsi gətirmiş ola bilər
Meloninin fotosunu montaj edib intim saytda yayımladılar
İtaliyada qadın siyasətçilərin fotoşəkilləri intim saytına yerləşdirilib
ABŞ-da qalma müddəti məhdudlaşdırılır
Salvini ilə Makron arasında Ukrayna gərginliyi
İtalyanlar makaron yeyib necə arıq qalırlar?
Ölənlərin sayı 4-ə çatdı
İtaliya nəhəng layihəyə start verdi
15 yaşlı uşaq səhv təyyarəyə minib İtaliyaya uçdu
Erməni lobbisinin mərkəzi sayılan Marsel siyahının başında yer alıb
İtalyanların şərabda bişirdiyi Qazax yeməyi
İngiltərədən olan cütlük “1 avroya ev” aldı, xərcləri 40 min avronu keçdi
Minlərlə məhbus azadlığa buraxılacaq
Təyyarənin mühərrikinə sovruldu
İtaliya NATO hədəfinə çatmaq üçün hansı strategiyanı izləyəcək?
İtaliyanın tarixi şəhərində 1375-ci ildə inşa edilən tarixi körpüyə adlarını yazan iki alman turist mədəni irsə zərər vurduqları səbəbilə 40 min avro cərimə olunub.
Ən çox turist cəlb edən şəhərlərindən biri olan Florensiyada keçən həftə 21 və 23 yaşlı iki turist İkinci Dünya müharibəsi illərində belə zədələnməmiş, şəhərin simvollarından biri Ponte Vecçio körpüsünə adlarını qara flomasterlə yazarkən polisə yaxalanıb. Florensiya bələdiyyəsi tərəfindən edilən açıqlamada, İtaliyanın mədəni irsin zədələnməsinin və ya məhv edilməsinin qarşısını almağa yönəlmiş yeni və sərt qanunlarına əsasən ikilinin 10 min ilə 40 min avro arasında “maksimum cərimə” ilə üzləşdiyi ifadə edilib.
***
Bələdiyyənin təhlükəsizlik üzrə məsul üzvü Andrea Giorgio ilk dəfə olaraq şəhərin tarixi irsinə zərər vuran turistlərə nümunəvi cəza veriləcəyini qeyd edərək, Florensiyaya gələn hər kəsin şəhərin abidələrinə və florensiyalılara hörmətlə yanaşmalı olduğunu vurğulayıb. Bələdiyyə ötən ilin aprelində körpünün 2 milyon avro dəyərində yeni bərpasına başlayıb. İtaliya hökuməti, xüsusilə iqlim fəallarının bir çox tarixi yerlərdə boyalı və yapışqanlı hərəkətlərindən sonra yüksək inzibati cərimələr nəzərdə tutan qanun hazırlayıb. Yanvar ayında qüvvəyə minən qanun, tarixi və mədəni əhəmiyyətli tikililərə ciddi ziyan vuranlara 20 min avro ilə 60 min avro arasında inzibati cərimə nəzərdə tutur. Daha yüngül zərərlər üçün cərimə məbləği 10 min avro ilə 40 min avro arasında dəyişir.