
Kral Çarlzın sevimli oğlu dəyişdi
“Vəliəhd şahzadə üçün pis xəbər”
“Vəliəhd şahzadə üçün pis xəbər”
Qərb və yəhudi bankirlər, yoxsa ...
“Premier Lig”in keçmiş referisi Kute uşaq istismarında günahlandırlılr
Keir Starmer: “İngiltərənin Polşaya dəstəyini açıq şəkildə bildirdim”
Uçuş zamanı uzanan təyyarə istismardan niyə çıxarıldı
Qiymət gününə davam gətirəcək 5 ölkə
15 yaşlı uşaq səhv təyyarəyə minib İtaliyaya uçdu
Erməni lobbisinin mərkəzi sayılan Marsel siyahının başında yer alıb
Skandinaviya ölkələri belə istidən yanır
Həbsxanalarda artan hücumlar hökuməti yeni tədbirlər görməyə vadar edir
Sidney səkkiz nüvə sualtı qayığı ilə donanmasını gücləndirəcək
Bütün göstəricilər üzrə 0.2 faiz artım var
“Məhkumları həbsxanadan “uçurmaq” üçün istifadə edilə bilər”
Qatil tibb bacısı istintaqında 3 yeni həbs
Hərbi maşınlara lazer silahları quraşdırılacaq
Sığınacaqdan qaçan ayılar bir həftəlik balı yedilər
İngiltərədə aparılan sorğuda əhalinin 73 faizi ifrat sağçıların yüksəlişindən narahat olduğunu, 60 faizi isə sosial media şirkətlərinin ifrat sağçı zorakılıq qarşısında pis nümunə göstərdiklərini bildirib.
“İpsos” araşdırma şirkətinin 9-12 avqust tarixlərində 16-75 yaş arası 1100 iştirakçı ilə keçirdiyi “Bölünmüş Britaniya” adlı sorğu ölkədə bir çox mövzuda narahatlıqların yüksək olduğunu ortaya çıxarıb.
Anketə görə, iştirakçıların 85 faizi ölkədə ayrılıq olduğunu, 84 faizi ictimai xidmətlərin, 83 faizi isə İngiltərə iqtisadiyyatının həyəcan verici səviyyədə olduğunu bildirib.
Ölkədə iyulun sonunda başlayan və təxminən bir həftə davam edən ifrat sağçı zorakılıqdan sonra aparılan sorğuya qatılanların yüzdə 73-ü ifrat sağın yüksəlişinin narahatlıq doğurduğunu qeyd edib.
İfrat sağın yüksəlişindən narahat olduqlarını ifadə edənlərin sayı mart ayından etibarən 11 faiz artarkən, həddindən artıq solçuların yüksəlişindən narahat olduqlarını deyənlərin nisbəti 7 pillə artaraq yüzdə 59 faizə çatıb.
İştirakçıların 84 faizi ifrat sağçı zorakılığın baş verdiyi bölgələrdə əhalinin təhlükəsizliyindən narahat olduqlarını da vurğulayıb.
***
Əhalinin 57 faizi polisi ifrat sağçı hadisələrin öhdəsindən gəldiyini bildirərkən, Baş nazir Keir Starmeri müvəffəqiyyətli hesab edənlər 39 faiz, Daxili İşlər Naziri İvette Kuperdən razı olanlar 30 faiz, digər siyasətçilərin nisbəti 21 faiz olub.
Ana müxalifətdəki Mühafizəkarlar Partiyasının lideri Rişi Sunakın ifrat sağçı zorakılıqla mübarizədə “yaxşı iş gördüyünü” düşünənlər 13 faiz, ifrat sağçı Böyük Britaniyanın İslahat Partiyasının lideri Naycel Farajı uğurlu hesab edənlər 21 faiz olub.
Hadisələr zamanı baş nazir Starmerin tənqid hədəfinə çevrilən sosial media şirkətləri, hadisələri ictimaiyyətin gözü qarşısında idarə edə bilməyib.
Sosial media şirkətlərini uğurlu sayanlar 12 faiz, əskini düşünənlər 60 faiz olub.
***
İngiltərədə cinayətlərin və antisosyal davranışların böyük problem olduğunu ifadə edənlər 86 faizkən, qadınların 55 faizi, kişilərin 42 faizi cinayətin qurbanı olmaqdan narahat olduqlarını bildiriblər.
2018-ci ilin dekabr ayında ictimaiyyətin 31 faizi insanların siyasi baxışlarındakı fərqlərin cəmiyyət üçün təhlükəli olduğu qədər bölücü olduğunu düşünürdüsə, bu nisbət “Bölünmüş Britaniya” sorğusunda 51 faiz olub.
Sorğuda iştirak edənlərin 73 faizi ölkədəki demokratiyanın vəziyyətindən, 74 faizi isə dini ekstremizmdən narahat olduğunu bildirib.