vaxtlı-vaxtında oxuyun! Şənbə, 9 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ELM-TEXNİKA  
09:11 | 29 avqust 2024 | Cümə axşamı Məqaləyə 357 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Batareyalarda “təməlqoyma” addımı

Həm ucuz başa gəlir, həm də yüksək enerji saxlayır

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları yeni batareya materialı hazırlayıblar. Alimlər ümid edirlər ki, bu, elektrik avtomobillərindən tutmuş smartfonlara qədər bir çox cihazda istifadə edilən akkumulyatorların daha ucuz başa gələcək və daha çox enerji saxlamağa imkan verəcək.

Son illərdə alimlər litium-ion batareyalarının saxlama qabiliyyətini artıran “pozulmuş qaya duzu” adlı material üzərində işləyirlər.

Buna nail olmaq üçün MIT komandası polianionları qismən nizamsız qaya duzu ilə birləşdirərək akkumulyatorda istifadə olunacaq yeni katod hazırlayıb. Tədqiqatçılar bildirirlər ki, bu yolla akkumulyatorun tutumunu artırmaqla yanaşı, keyfiyyətini azaltmadan dəfələrlə şarj etmək olar.

Avqustun 23-də “Nature Energy” jurnalında dərc edilən tədqiqatın ən mühüm addımı onun nizamsız qaya duzları ilə bağlı fundamental problemi həll etməsi idi.

Bu materialların tutumu digər katod materiallarından yüksək olsa da, uzunmüddətli perspektivdə çox sabit deyil.

Yüksək gərginlik altında materialdakı oksigen atomları bir yerdən başqa yerə hərəkət etməyə başlayır və bu batareyaya zərər verə bilər.

Problemi həll etmək üçün tədqiqatçılar materiala fosfor əlavə edərək, onun oksigen atomları arasında yapışqan rolunu oynamasına şərait yaratdılar. Atomların hərəkət qabiliyyətinin azalması da batareyanın zədələnmədən uzun müddət istifadə edilməsinə imkan verirdi.

Araşdırmaya rəhbərlik edən Ju Li deyir ki, əsl irəliləyiş onun komanda yoldaşı Yimeng Huanq lazımi miqdarda fosfor əlavə etdikdə baş verib.

Alimlər əlavə edirlər ki, bu materialın ən mühüm xüsusiyyətlərindən biri onun əsasən manqandan ibarət olmasıdır. Ümumi və ucuz element olan manqan xüsusilə iqtisadi cəhətdən faydalı ola bilər.

“Manqan nikeldən ən azı 5 dəfə və kobaltdan təxminən 30 dəfə ucuzdur”, – deyə Li bildirir: “Manqan da yüksək enerji sıxlığına nail olmaq üçün açarlardan biridir. Buna görə də, bu maddənin dünyada daha çox olması böyük bir üstünlükdür”.

Kəşf perspektivli olsa da, materialdan geniş miqyasda istifadə edilməzdən əvvəl daha çox araşdırma tələb olunur. Tədqiqat qrupu hazırda materialı daha böyük miqdarda istehsal etmək və onun keyfiyyətini yaxşılaşdırmaq yolları üzərində işləyir.

Alimlər ümid edirlər ki, MİT-in akkumulyatorlarda “təməlqoyma” addımı olduğunu bildirdiyi yeni materialın elektrik avtomobillərində və geniş miqyaslı enerji saxlama sistemlərində istifadə olunacağı gözlənilir.