
İslam bu deyil
Şəriət idarəçiliyi istəyənlər Əfqanıstanda yaşayarmı?
Şəriət idarəçiliyi istəyənlər Əfqanıstanda yaşayarmı?
“Deportasiya qoxusunu sevirəm”
Ən azı 500 ölü, 1000 nəfər yaralı var
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
“İstefa etməsə, vəzifəsindən kənarlaşdıracağam”
Təyyarənin endirə bilən təcrübəli pilot faciənin qarşısını aldı
Çimərliklər bağlandı
... Sosial şəbəkədə etirazlar yağdı
76 nəfər öldü
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
Kreml Tramp-Putin görüşləri ərəfəsində köhnə palan içi tökür
Tramp Vaşinqtona əsgər yığır
Putin ABŞ-a satılan Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq
Obama, oğul və ata Buşun portretləri Ağ Evdə ziyarətçilərin görmədiyi yerə aparıldı
Hafizəmizdən silinməyəcək mənzərə
ABŞ-da yüzlərlə təyyarənin gecikməsi, onlarla reysin ləğvi minlərlə sərnişinə təsir etdi
Fransanın AFP xəbər agentliyinin verdiyi məlumata görə, Əfqanıstandakı Taliban hökuməti bu gün Qətərin vasitəçiliyi ilə ABŞ ilə əldə olunan razılaşmaya əsasən Əfqanıstanda saxlanılan iki amerikalının əvəzində əfqan məhbusun azad edildiyini açıqlayıb.
Əfqanıstan Xarici İşlər Nazirliyindən verilən açıqlamada ABŞ-da saxlanılan əfqan döyüşçü Xan Məhəmmədin qarşılığında iki amerikalının azad edilərək ölkəyə qaytarıldığı bildirilib.
Bəyanatda xatırladılıb ki, Xan Məhəmməd “təxminən iyirmi il əvvəl” Əfqanıstanın Nanqrehar əyalətində həbs olunduqdan sonra ABŞ-ın Kaliforniya ştatında ömürlük həbs cəzasına məhkum edilib.
Dövlət Departamenti AFP-nin sorğusuna cavab olaraq əlavə təfərrüatlar verməkdən və ya ABŞ məhbuslarının sayını açıqlamaqdan imtina edib.
Bu bəyanat ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən bir gün sonra verilib. Tramp, ilk səlahiyyət müddətində Talibanla ABŞ-ın 2021-ci ildə Əfqanıstandan çıxarılmasına və Talibanın hakimiyyətə qayıdışına zəmin yaradan razılaşma əldə edib.
Bəyanatda deyilir ki, Taliban hökuməti noyabrda Trampın seçkilərdə qələbəsindən sonra ABŞ ilə münasibətlərdə “yeni səhifə” açmağa ümid edir.
Əfqanıstan məhbusların dəyişdirilməsini “gözəl problemlərin dialoq yolu ilə həllinin yaxşı nümunəsi” kimi qiymətləndirib və “qardaş Qətər dövlətinin bu məsələdə oynadığı fəal rola” təşəkkür edib.