

“Tesla” satışlarında dibə vuran Maskın şirkətləri 560 milyard dəyər itirib
Hücumlar DOGE-nin minlərlə işçini ixtisar etməyə davam etdiyi vaxta təsadüf edir
İlon Mask 14-cü dəfə ata oldu
“Seçicilərim maliyyə sıxıntısı çəkərkən özüm daha çox qazanmaq üçün səs verməyəcəyəm”
Mask kadr çatışmazlığına görə təqaüdə çıxanlara çağırır etdi
“O, mütərəqqi simvoldan rüsvayçılıq nişanına çevrildi”
İlon Maskın elektron poçt tələbi xaosa səbəb olub: “Bu, dəlixanaya bənzəyirdi”
Mask və Altmanın süni intellekt mübarizəsi harada inkişaf edəcək?
Maskdan ABŞ hökumətini çağırış
76 yaşlı Mey Mask podiuma çıxıb
“Tesla” CEO-su macar biznesmenin təsirini qırmaq istəyir?
Ağ Ev İlon Maskın Bayden və Harrislə bağlı zarafatına reaksiya verdi
Ölkənin ali məhkəməsi qanuni nümayəndə təyin etməyən platformaya girişi bağlayıb
İlon Mask 258 milyard dollarlıq kriptovalyuta məhkəməsini qazandı
İlon Mask “Neuralink”i kütləvi şəkildə implantasiya etmək istəyir
Peyk görüntüləri 329 hektar ərazidə 500 min ağac kəsildiyini ortaya çıxıb
İlon Maskın Hökumət Səmərəliliyi Departamentinin (DOGE) ABŞ Xəzinədarlığının həssas ödəniş sisteminə çıxışı olan iki əməkdaşından biri Ağ Evdə onun sosial mediada irqçi paylaşımları, o cümlədən 1964-cü il Mülki Hüquqlar Aktının ləğvini və “Yevgenika”nı müdafiə edən yazılar ilə bağlı sorğu-sualdan sonra istefa verib.
“The Wall Street Journal” (WSJ) bildirib ki, dünyanın ən varlı adamı tərəfindən dövlət işinə təyin edilmiş 25 yaşlı proqramçı Marko Elezin X sosial media platformasında “yevgenik immiqrasiya siyasətini” dəstəkləyən irqçi bəyanatlar verdiyi yazıların yer aldığı profili var. Yevgenika bəşər övladının genetik “təkmilləşdirilməsi” üçün selektiv yetişdirmə üsullarının müdafiəsini təsvir edən, lakin böyük elmi və etik mübahisələrə səbəb olan bir anlayışdır.
“WSJ” tərəfindən nəzərdən keçirilən sentyabr paylaşımında Elez, “Mənə dünyanı versən belə, mən etnik mənsubiyyətimdən kənar adamla evlənməzdim”, – dediyi bildirilir.
Həmin ayın başqa bir yazısı Silikon Vadisinin texnoloji sektorunda işləyən çoxlu sayda hindistanlı mühacirlərə istinad edərək “X” platformasında istifadəçiləri “hind nifrətini normallaşdırmağa” təşviq edib.
Ağ Evə vəzifələr barədə sual verildikdən sonra mətbuat katibi Karoline Livitt Elezin dövlət qulluğundan getdiyini açıqlanıb.
“WSJ”nin məlumatına görə, @nullllptr hesabının arxivinə nəzər saldıqda, texnologiya sektorunda hindistanlı işçilərə qarşı güclü antipatiya olduğu ortaya çıxıb. 2024-cü ilin dekabrında yazdığı bir yazıda Elez ABŞ-dakı H1B vizası alan hindistanlı işçilərlə bağlı vəd verib: “Onlar geri qayıdacaqlar, uşaqlar narahat olmayın”.
“WSJ” tərəfindən tapılan başqa bir yazı İsrailin HƏMAS-a qarşı müharibəsinin hər iki tərəfinə hörmətsizlik etdiyini ortaya qoyub. “Həm Qəzza, həm də İsrail yer üzündən silinsəydi, mən qətiyyən etiraz etməzdim”, – Elez yazıb.
DOGE, keçən ilki prezident seçkilərində Trampın seçilməsinə yüz milyonlarla dollar bağışlayan Maskın təsiri sayəsində Prezident Donald Trampın ikinci dövründə böyük güc qazanıb.
“Reuters” xəbər verir ki, DOGE əməkdaşları Personal İdarəetmə Ofisinin (OPM) qərargahını ələ keçirib, işçiləri kompüter sistemindən çıxarıb və işçilərin iş yerində dincəlməsi üçün divanları 5-ci mərtəbəyə köçürüblər.
Onlar federal işçilərə heç bir məsuliyyət daşımadan 6 aylıq maaş müqabilində dövlət xidmətini tərk edəcəkləri “təxirə salınmış istefa” proqramı təklif etmək üçün OPM sistemlərindən istifadə etdilər.
Federal hakim könüllü istefa və ya təqaüdə çıxmaq müqabilində bazar ertəsi günü keçiriləcək dinləmələrə qədər maddi təşviq proqramını dayandırıb.