Hörmüzü təhdid edən baza vuruldu
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
21:44 | 8 fevral 2025 | Şənbə
Məqaləyə 1438 dəfə baxılıb
Şriftin ölçüsü
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
Yalnız Çin tempini azaltmasa 25-30 ilə ona çata bilər
Narkotik daşıdığı iddia edilən 11 nəfər öldürüldü
Ölkənin küçələr zibil yığınları ilə dolub
Ümumi rəqəmlərə baxıldıqda Vaşinqtonun üstünlüyü hələ də qalır
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
... Padşahı yatağında oğurlanan neft ölkəsinin hekayəti
... Və ya klanların “taxt oyunları”
Venesuela prezidentinin verdiyi bəyanatlar və atdığı addımlar yalnız görüntü olub
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Təsəvvür edə bilərsinizmi? Bir qadın inqilabi ixtira edir, amma bundan daha çətini zəif cinsin nümayəndəsi olduğu üçün ixtirasının tanınması üçün mübarizə aparmalı olur. 19-cu əsrin ən məhsuldar ixtiraçılarından biri olan Marqaret E.Naytın (Margaret Knight) başına gələn də məhz qəbildəndir. Bir çoxları tərəfindən “Qadın Edison” kimi tanınan Marqaretin ən məşhur ixtirası bizim məhsulları qablaşdırma və istehlak etməmizdə inqilab etdi. Lakin dünya onun hekayəsi haqqında hələ də az məlumatlıdır.
1838-ci ildə ABŞ-ın Men ştatında anadan olan Marqaret erkən yaşlarından mühəndislik və mexanika sahəsində qeyri-adi qabiliyyət nümayiş etdirib. 12 yaşında işlədiyi toxuculuq fabriklərində qəzaların qarşısını almaq üçün təhlükəsizlik mexanizmi icad edib. Bununla belə, onu adını tarixə yazan əsl uğuru, illər sonra düz dibli kağız torbalar istehsal edən maşının inkişafı oldu.
O vaxta qədər kağız torbalar zərfə bənzəyirdi və əşyaların daşınması üçün kifayət qədər əlverişsiz idi. Marqaretin dizayn etdiyi maşın daha davamlı və faydalı çantalar istehsal etməyə imkan verdi. Amma həqiqətən inanılmaz olan odur ki, Çarlz Annan adlı şəxs onun dizaynlarını oğurlayıb və maşını öz adına patentləşdirib.
Lakin Marqaret təslim olmadı. O, tarixi bir işdə Annana qarşı hüquqi mübarizəyə başladı və əsl ixtiraçının özü olduğunu sübut etməli oldu. O, rəsmlərini, qeydlərini və prototiplərini məhkəmədə təqdim etdi və 1871-ci ildə işi qazanaraq ABŞ-da patent alan ilk qadınlardan oldu.
O, həyatı boyu mühərrik təkmilləşdirmələrindən tutmuş kağız rulonu kəsicilərə qədər 20-dən çox patentə sahibdir. Lakin bütün töhfələrinə baxmayaraq, onun adı onilliklər ərzində unudulub.
Marqaret E. Nayt təkcə dahi ixtiraçı deyil, həm də dövrünün sosial normalarına meydan oxuyan döyüşçü idi. Onun hekayəsi bizə xatırladır ki, böyük ixtiralar təkcə ağıl və istedad deyil, həm də layiq olanı müdafiə etmək üçün cəsarət tələb edir.
Bəs Marqaret kimi nə qədər qadın tarixdən silinib?