«Ollanda sözüm vardı»
«Sizə görə ruslar bizi işğal edib, sizsə bu gün erməniləri dəstəkləyirsiz»
Fatimə KƏRİMLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Parisin boğduğu səs
Napoleonla fəxr edən Fransa imperatorun həmvətənlərinə öz dillərində məktəbi çox görür
-
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
-
Diplomat yalan danışırsa ...
Bu millətdə normal insan olmayacaq?
-
Öz xoşlarıyla çıxmayacaqlar
Humanitar yardım adıyla silah daşınır
-
Oskanyan dövrəyə girdi
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
-
Rusiya çıxmaq istəmir
Fransa isə qoşun yeritmək fikrində
-
“The Game is Over!”
Ən azı bitmək üzrədir...
-
Fransanın zibillədiyi yol ...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
-
Blinkenin Bakıya zəngi...
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
-
Orduya tapşırıq verildi
Azərbaycan Xankəndi yolunu bağlayır ...
-
Təxribatdan əvvəlki təbliğat
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
-
Xankəndi şeytan yuvası olmayacaq!
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
-
Əliyev Kremllə razılaşmır
Azərbaycan Rusiyanın oyununu pozur
-
... Ermənilərin taleyi necə olacaq?
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
-
Paşinyan “qaşınır”
Erməni baş nazir müharibə istəyir?
-
Ermənistan çox tələsir
İldırım sürətlilə üstünlük əldə etmək cəhdləri
«Fransa prezidenti Fransua Ollandla müxalifət liderlərinin görüşünə dəvət olunmamağımız iki amillə bağlıdır. Birincisi Fransa hökumətinin siyasəti ilə bağlı bizim tutuduğumuz yoldur. Belə ki, Fransanın Qarabağ problemi ilə bağlı siyasətinə ardıcıl olaraq sərt mövqe sərgiləmişik, görünür, bu, onları maraqlandırmır».
Bu fikirləri AzVision.az-a açıqlamasında
Azərbaycan Demorkat Partiyasının sədri Sərdar Cəlaloğlu Fransa prezidenti
Fransua Ollanda müxalifət liderlərinin görüşünə çağırılmamasından danışarkən
deyib. O vurğulayıb ki, prezidentlə görüşə çağırılmamasının səbəbi rəhbəri
olduğu partiyanın siyasətidir.
«Ümumiyyətlə, partiyamızın Azərbaycanın
demokratikləşməsi ilə bağlı fikirlərimizin onların planları ilə üst-üstə
düşməməsi də digər səbəbdir».
Partiya sədri Ollandın müxalifət
liderləri ilə görüşünü də şərh edib. O hesab edir ki, mətbuata verilən
məlumatlardan aydın olur ki, görüş formal xarakterlidir.
«Fransa prezidentinin çıxışından da
məlum oldu ki, onları maraqlandıran Azərbaycanın iqtisadi imkanları,
potensialıdır. Onlar daha çox indiki Avropanı bürüyən iqtisadi böhrandan çıxmaq
üçün Azərbaycanda iqtisadi əlaqələri qurmağa üstünlük verirlər. Müxalifəti maraqlandıran
isə demokratik məsələlərdir, Fransa da buna çox da maraq göstərmir. Çünki bu
ölkənin özündə də qondarma erməni soyqırımı və digər sahələrdə problemlər var».
Partiya sədri Fransua Ollanla görüşsəydi
ona deyəcək sözünün olduğunu da gizlətməyib.
«Mən Fransua Ollandla görüşsəydim Fransa
dövlətinin, həm Minsk qrupunun həmsədri kimi, həm də 1800-cü illərdə Napoleonla
müttəfiqlik etdiyimizə görə sonradan rusların bizim ərazimizi işğal etməsi,
xalqımızı uzun illər əsarətdə saxlaması ilə bağlı öz iradlarımı bildirərdim.
Sizə görə ruslar bizi işğal edib, siz isə bu gün erməniləri dəstəkləyirsiz.
Fətəli şahın dövründə Fransızların Qafqazda yeganə müttəfiqi qacarlar olub.
Fransa-Rusiya müharibəsindən sonra Fransanın müttəfiqi olduğuna görə, ruslar
Qafqaza hücum etdi. Mən bu cür məsələləri qaldırardım».
Qeyd edək ki, Fransa prezidenti Fransua Olland Azərbaycanda iki günlük rəsmi səfəri çərçivəsində ötən gün Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli ilə görüş keçirib.