
57 milyard dollar
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Avropa ölkəsində son dörd ilin ən zəif artımı baş verir
“Yüksək tələbat səbəbilə marketlər günün ikinci yarısında boş qalır”
Fransada şirkətlər xüsusi detektiv tutur
“Sans-papiers” adlandırılan türk işçilər şirkət rəhbərliyini məhkəməyə verdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Reklam afişasında yer alan bir təsvir Strasburqu qaışdırdı
11 il əvvəl terror təşkilatına qoşulan 3 qadın Suriyadan dönərkən həbs olunmuşdu
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransada müəllimlər tətilə gedir!
Ölkənin ən təhlükəli bölgələr açıqlanıb
Napoleon Bonapartın vətəni Korsika adasının Fransadan muxtariyyət tələb etməsi artıq 40 ildir davam edir. Ancaq Fransa parlamenti Korsikalılara öz dillərində məktəblərin çoxaldılmasına, muxtariyyət tələblərinə qulaq asmaq belə istəmir.
Fransa Korsikanı satın aldığı ildən (1768) 1 il sonra doğulan Napoleonun ana dili də Korscadır. Fransız dilindən çox italyan dilinə bənzəyir. Napoleon fransız dilində qeyri-dəqiq danışıb, sözləri qarışdırırdı. O, həmçinin əfsanəvi Korsikalı müqavimət döyüşçüsü Paoliyə pərəstiş edirdi və müstəqil Korsika arzusunda idi.
Fransa Korsikanı müflisləşmiş Genua şəhər dövlətindən cəmi iki milyon Franka alıb. Satın aldıqdan sonra Fransa korsikalı zadəganların sərvətinə və titullarına dəymədi, onlara daha çox hüquqlar verdi. Bu yolla da öz müstəqilliyini elan etmiş Korsikanı 1769-cu ildə zor gücünə işğal edərək, azadlıq mübarizəsini qanında boğdu. Napoleonun babası da korsikalı zadəgan olub. Parisə köçdükdən sonra Napoleon Fransada böyüyüb.
1976-cı ildən 2014cü ilə qədər korsikalılar Fransaya qarşı partizan müharibəsi aparıblar. Parisin muxtariyyət vədlərindən sonra korsikalılar silahı yerə qoysalar da, onlara muxtariyyət hüququ verilmədi. Öz vətənlərində milli azlığa çevrilmiş korsikalılar bu gün sivil mübarizə aparmağa çalışsalar da, bəzən mübarizə zorakı xarakter alır.
İndi korsikalıların haqqını tapdalayan Fransa parlamenti Azərbaycanın ərazi bütövlüyünə xor baxır. Azərbaycanın bütövlüyünə şübhə edən fransız deputatlar Korsika məsələsində bir addım belə geriyə addım atmırlar nədənsə. Rəsmi Parisin demokratiyası Fransanın bütövlüyü məsələsi gəldikdə susur, Azərbaycanın bütövlüyü məsələsində isə simasını dəyişir.