
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
Polşada həyəcan, uçuşlar dayandırıldı
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Partiya daxilində uzun illər davam edən müzakirələr yekunlaşdı
NATO insidenti hücum kimi dəyərləndirməyib, amma qəsdən törədildiyini düşünür
NATO torpaqlarında Rusiya PUA-ları krizi
Polşaya hücuma cavab almasa, növbəti addım Baltik sahilləri olacaq
Almaniya açıqladı – sentyabrın 11-də ilk test keçiriləcək
“Kreml sabotajla cavab verə bilər”
NATO həyəcan siqnalı verdi
Finlandiya mətbuatının yaydığı xəbərə görə, Finlandiyanın yeni baş naziri Aleksandr Stubb ölkəsinin NATO-ya qoşulmasını istəyir. Məlumatı «Novinite» yayıb.
Stubb həmçinin Milli Koalisiya Partiyasının (NCP) sədri seçilib. O, 2015-ci il növbəti parlament seçkilərinə qədər baş nazir olacaq. Stubb 2011-ci ildən indiyədək Avropa İttifaqı (Aİ) ilə əlaqələr və Xarici Ticarət üzrə nazir vəzifəsində çalışıb. 2008-2011-ci illərdə xarici işlər naziri, 2004-2008-ci ildə isə Avropa Parlamentinin üzvü olub.
Yurki Kataynen (Jyrki Katainen) bu yaxınlarda bildirmişdi ki, Aİ-də çalışmaq üçün əvvəlcə baş nazir vəzifəsindən getməlidir. Onun istefasından sonra bütün kabinet istefa verdi.
Finlandiyanın gündəlik «Helsinki Times» qəzeti yazır ki, hakim NCP partiyası Stubbun rəhbərliyi dövründə sağa meyl edə bilər. Finlandiyanın NATO-ya qoşulmaq arzusu bunu göstərir. Finlandiya vətəndaşları buna etiraz etsələr də, Stubb uzun illər bu arzusunu qoruyub saxlayıb.
Stubb hesab edir ki, ölkəsi 1995-ci ilə - Aİ-yə qoşulduğu vaxtlara qayıtmalıdır. «Yle» telekanalının yaydığı xəbərə görə, Stubb həmin vaxt bildirmişdi ki, Finlandiya xalq səsverməsi olmadan da NATO-ya qoşula bilər.
Helsinki bu yaxınlarda NATO ilə Anlaşma Memorandumu imzalayaraq alyansla əlaqələrini yaxşılaşdırıb. Üzvlük haqqında isə danışıq aparılmayıb.
Qeyd edək ki, Finlandiya İkinci Dünya müharibəsindən sonra öz neytrallığını və heç bir hərbi birləşməyə qoşulmayacağını rəsmi olaraq elan etmişdi.