

Serbiya parlamentində böyük dava
“Ömürlük azad olunacaqlar”
Dövlət telekanalının etirazları işıqlandırması hökuməti qəzəbləndirib
Nasist Almaniyasının Qara dəniz hərbi donanmasına aid imiş
Orban: “Sülh planını gözləsək, heç vaxt sülh olmayacaq”
Brüssel Budapeştdə təşkil edilən toplantıya aşağı səviyyədə heyətlə qatılıb
AB administrasiyası ilə Macarıstan arasında “cəza” gərginliyi davam edir
Orban: “Qiyamət zamanı təkcə fərdlər deyil, millətlər də mühakimə olunacaq”
Orbandan: “Qonaqların sayı ev sahiblərinin çox olanda o, artıq ev deyil”
“Simvolik də olsa, siqnal göndərməliyik”
Kosovo vətəndaşları AB-yə vizasız daxil olacaqlar
Kosovo vətəndaşları AB-yə vizasız daxil olacaqlar
Avropa Parlamentinin deputatları Macarıstanın Aİ-də səsvermə hüququnun alınmasını tələb edir
AB-nin Macarıstanla bağlı qərarı
Viktor Orban: “Baş nazir üçün dua edirik”
Serbiya ilə AB arasında Rusiya gərginliyi!
Çərşənbə axşamı Macarıstan və Serbiya liderləri görüşüblər. Toplantıdan sonra keçirilən mətbuat konfransında baş nazir Viktor Orban bildirib ki, Rusiyanın «Cənub axını» layihəsi mütləq həyata keçirilməlidir.
«Heç kəs enerji təchizatımızın təhlükəsizliyinin qayğısına qalmaq haqqımızı əlimizdən ala bilməz. «Cənub axını» layihəsinə alternativ təklif etmədən buna etiraz bildirənlər enerji təhlükəsizliyimizi təmin etmək haqqımızı əlimizdən almaq istəyirlər», - Orban deyib. «Biz «Cənub axını» layihəsində bərk sarılmalıyıq», - deyən Orban həmkarı Aleksandar Vuciçi məqsədinin nə olduğuna arxayın edib.
Orban ölkəsinin qaz təchizatının Ukrayna hadisələrindən asılı olmasını istəmədiyini bildirib. «Ukraynaya həmrəylik göstərmək öz enerji təhlükəsizliyimizi risk altında qoymamalıdır. Ona görə də Macarıstan «Cənub axını» layihəsinə qarşı çıxan beynəlxalq mülahizələri dəstəkləmir.
Baş nazir hər iki ölkənin elektrik enerjisi bazarının birləşdirilməsi ideyasını da irəli sürüb.
Tərəflər Budapeşt-Belqrad dəmiryolu xəttinin qabaqcıl layihə kimi sürətləndirilməsində razılığa gəliblər. Orban Macarıstanın layihə üçün lazımi vasitələri təmin edəcəyini bildirib. «Məqsəd nəqliyyata sərf olunan vaxtı yarıya qədər azaltmaqdır» - o deyib.
Orban bildirib ki, hal-hazırda işin maliyyə tərəfi yekunlaşdırılmalıdır. Hər iki tərəf Serbiya-Macarıstan «qarışıq» iqtisadi komitəsinin payız görüşünə qədər bütün məsələlərdə razılığa gəlməlidir. O əlavə edib ki, Macarıstan hökuməti Serbiyanın Szeged-Subotica (Szabadka)-Baja xəttinin yenilənməsi təklifini də dəstəkləyəcək.
Orban bildirib ki, Macarıstan Serbiyanın Avropa İttifaqına qoşulma səylərini dəstəkləyir. Bu, mənəvi borc və prinsip məsələsidir. Macarıstan Aİ-nin Serbiyanın namizədliyini qəbul etməsi üçün əlindən gələni edəcək.
Baş nazirlər Macar-Serb sərhədində yeni keçid məntəqələrinin yaradılmasını irəli sürüblər.
Orban Aleksandar Vuciçin Vojvodinadakı macarları tanıması və dəstəkləməsini xoş qarşılayıb. «Macarlar öz millətlərinə bağlılıqlarını saxlamaqla yanaşı, Serbiyada «yaxşı vətəndaş kimi yaşamağa çalışırlar», - o deyib. Orban son zamanlar Serbiyada baş verən daşqınlardan təəssüfləndiyini bildirib. Həmçinin ötən il Dunay daşqınında göstərdiyi yardıma görə Serbiyaya öz təşəkkürünü bildirib.
Aleksandar Vuciç hər iki ölkədə yeni hökumətin seçilməsindən qısa zaman sonra Macarıstan və Serbiya arasında ilk birgə hökumətlərarası görüşün keçirilməsini xoş qarşılayıb. Vuciç Serbiya və Macarıstan münasibətlərinin qarşılıqlı inam və anlaşma şəraitində inkişaf etdiyini bildirib.
Vuciç Serbiyanın Macarıstanın Aİ-nə qoşulma səylərini dəstəkləyəcəyinə ümid etdiyini də bildirib.
Hər iki baş nazir təhsil və mədəniyyət sahəsində əməkdaşlıq edəcəklərinə söz veriblər. Vuciçin sözlərinə görə, Orban Macarıstan hökumətinin dəstəyi ilə 50 serbiyalı tələbənin Budapeştdə təhsil almasını təklif edib. Vuciç Serbiyanın daha sonra bunun əvəzini çıxacağını bildirib.
Sammitdə Macarıstan nümayəndələrindən xarici işlər naziri Tibor Navracsics, daxili işlər naziri Sandor Pinter, müdafiə naziri Csaba Hende və inkişaf naziri Miklos Sesztak iştirak ediblər. Nazirlər nəqliyyat və sərnişindaşıma, nüvə enerjisi, sərhəd keçid məntəqələrinin yaradılması və birgə nəzarət haqqında əməkdaşlıq sazişləri imzalayıblar. Serbiya Regional Ekoloji Mərkəzə qoşulub.