vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
19:32 | 8 yanvar 2017 | Bazar Məqaləyə 3247 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

2017-ci il turizm üçün uğurlu başladı

Azərbaycan beynəlxalq turizm marşrutuna daxil edildi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan 2017-ci il üçün turizm marşrutları siyahısına daxil edilib. AzərTAc xəbər verir ki, «The Sunday Times» portalının 2017-ci ildə turistlər üçün təklif etdiyi ölkələr sırasında Azərbaycan və Bakı haqqında ətraflı məlumat yerləşdirilib.

Xəbərdə bildirilir ki, Asiya və Avropa qovşağında yerləşən Azərbaycan Qərb və Şərq mədəniyyətlərini yaşadan bir ölkədir. Məlumatda ölkənin dekabr ayında Asiya üzrə ən çox ziyarət edilən istiqamətlər sırasında olduğu qeyd olunur. «Azərbaycanın populyarlığının artması turistlərin buradakı otellər, restoranlar və görməli yerlər haqqında müsbət rəyləri ilə müəyyən olunur. Turistlər arasında getdikcə bu ölkəyə maraq artır», - deyə məqalədə bildirilir.

Yazıda, həmçinin İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Azərbaycan mətbəxi haqqında məlumat verilir. Eyni zamanda Bakının müasir memarlıq nümunələri ilə də zəngin olduğu vurğulanır, Heydər Əliyev Mərkəzi və «Flame Towers» barədə ətraflı bəhs edilir, Naftalan neftinin müalicəvi əhəmiyyətindən danışılır.

Siyahıya eləcə də Kanada, bəzi Afrika ölkələri, Portuqaliya, Peru, Braziliya, Ekvador, Hindistan, İrlandiya daxil edilib.