Bədəninin 80 faizi yanmışdı
Ustanı xilas etmək mümkün olmadı
10:31 | 7 fevral 2013 | Cümə axşamı
Məqaləyə 3429 dəfə baxılıb
Şriftin ölçüsü
Ustanı xilas etmək mümkün olmadı
Almaniyada tikinti işçiləri çatışmazlığı böhranı
Aşpaz, dayə, pinəçi, tamadalar da...
Tənəkəçi Sahib Əliquliyev: “Bu sənət mənə babalarımdan qalıb”
Tənəkəçi Sahib Əliquliyev: “Bu sənət mənə babalarımdan qalıb”
Tənəkəçi Sahib Əliquliyev: “Bu sənət mənə babalarımdan qalıb”
Tənəkəçi Sahib Əliquliyev: “Bu sənət mənə babalarımdan qalıb”
Sənət qədimdir, sənətkarlar isə olduqca maraqlı insanlar olur. Belə sənətkarlardan biri də Təfəkkür Universiteti yaxınlığında kirayələdiyi kiçik dükanında ayaqqabı təmiri ilə məşğul olan Elman Əhmədovdur. Elman dayı ilə çəkməçiliyin sirləri ilə yanaşı, gündəmdə olan hadisələrdən danışdıq.
Balaca, mətbəx qədər kiçik yerdə özünə məskən salan usta təmirin çətinliyindən şikayətçi deyil. 25 ildir çəkməçiliklə məşğul olduğunu, vaxtilə ayaqqabı da tikdiyini deyir: “Əvvəllər zavodda dərzi işləyir, ayaqqabı da tikirdim. Sovet hökuməti dağıldıqdan sonra zavodlar bağlandı. Mən də o gün bu gündür ki, müxtəlif yerlərdə dükan kirayələyib ayaqqabı təmiri ilə məşğul oluram. Ayaqqabı tikməyi ona görə atdım ki, onun əziyyəti çox, gəliri isə azdır. Ayaqqabı tikməkdən ustaya bir manat qala, ya yox. Ataların misalı var, ”düz düzdə qalar". Mən hər zaman dürüst yaşamağa çalışmışam. Əgər bir sənətdə işləyirsənsə, o sənətə dürüst yanaşmalısan. İndiki yaşayışla gərək günə minimum 20-30 manat qazancın olsun ki, normal yaşayıram deyə biləsən. İndiki ayaqqabılar elə indiki insanlara bənzəyir. Onlar da tez aldanır, tez sıradan çıxırlar".